SON DƏQİQƏ

naxcivanxeberleri.com

Böyrəkləri təmizləyən 3 ƏN YAXŞI TƏRƏVƏZ

Böyrəkləri təmizləyən 3 ƏN YAXŞI TƏRƏVƏZ
25-09-2019, 22:12

Mütəxəssislər hər zaman vurğulayır ki, düzgün və faydalı qidalanmaqla insan özünü bir çox xəstəliklərdən qoruya bilər.

Bir çox adi qida məhsullarını həm də təbii dərmanlar adlandırmaq olar. Bu xüsusilə meyvə və tərəvəzlərə, süd məhsullarına, paxlalılara, taxıl bitkilərinə aiddir.

NAXCİVANXEBERLERİ.COM Rusiya KİV-lərinə istinadla xəbər verir ki, qida mütəxəssislərinin müşahidələrinə görə, bəzi tərəvəzlər böyrəkləri çox yaxşı təmizləyir və xəstəliklərdən qoruyur. Bu ilk növbədə kələmə aiddir. Kələmin tərkibində olan fitokimyəvi maddələr orqanizmi toksin və digər ziyanlı maddələrdən təmizləyir və bununla da böyrəklərin işini asanlaşdırır.

Digər böyrəklər üçün faydalı olan tərəvəz qulançardır. Qulançar həm orqanizmi təmizləyir, həm də A və C vitaminləri ilə təmin edir.

Flavonoidlər və kversetinlə zəngin olan soğan (xüsusilə qırmızı soğan) böyrəklərdən ziyanlı maddələri xaric etməyə yardım edir.

Bundan əlavə mütəxəssislər böyrəklər üçün ən ziyanlı məhsulları da sadalayıb: fast-fud, şirniyyatlar və spirtli içkilər.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031