SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bu dəmləmə sizə kömək edəcək

Bu dəmləmə sizə  kömək edəcək
11-09-2019, 17:20

Artıq çəkidən xilas olunmaq üçün müxtəlif vasitələrdən istifadə olunur. Bu vasitələrdən biri xüsusi arıqladan çaylardır.

Belə çaylar yüngül sidikqovucu təsir edir, orqanizmdən artıq mayeni xaric edir, maddələr mübadiləsi proseslərini stimullaşdırır, bağırsaqların fəaliyyətini yaxşılaşdırır ki, nəticədə insan arıqlayır.

Arıqladan çayların reseptləri çoxdur.
Bu reseptin müəllifi rusiyalı həkim naturopat (təbii vasitələrlə müalicə edən həkim) İnna Medvedevadır.

Tərkib:

- 2 x.q. qurudulmuş itburnu

- 1 limonun sedrası (sarı qabığı)

- 1 x.q. quru nanə

- 1 çimdik üyüdülmüş darçın

- 1 çimdik üyüdülmüş zəncəfil

Hazırlanması:

İtburnu meyvələri əzilir, limon sedrası sürtgəcin köməyi ilə soyulur. Bütün inqrediyentlər termosa tökülür, üzərinə 1 l isti su (qaynar yox!) əlavə olunur, 3-4 saat dəmlənilir, tənzifdən bir neçə dəfə süzülür, gün ərzində adi çay kimi içilir.

Hər gün yeni dəmləmə hazırlayın. Müalicə kursu - 7-10 gün.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30