SON DƏQİQƏ

00:06 - Günün qoroskopu

23:47 - Azərbaycan karateçisi ermənini məğlub edərək qızıl medal qazanıb

23:19 - Böyrəkləri təmizləyən ən təbii müalicə üsulları

22:47 - Şahbuz Rayon Uşaq Musiqi Məktəbində dəyirmi masa keçirilib

22:30 - “Əsrin müqaviləsi”nin 25-ci ildönümü münasibətilə konsert keçirilib

22:08 - 349 müəllimin qatılacağı stajkeçmə xidməti keçiriləcək

21:46 - ABŞ kosmosa silah yerləşdirir

21:24 - Cahan Holdinq Kommersiya şirkətləri ittifaqının Naxçıvan Avtomobil Zavodu yeni sorğu kompaniyayasına start verib

21:09 - Dövlət başçısı: "Bu gün Azərbaycanın neft-qaz sektoru öz yeni inkişaf dövrünü yaşayır"

20:59 - Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə iştirak edib - YENİLƏNİB-3

20:32 - Naxçıvanda ictimai nəqliyyatda fəaliyyət göstərən avtobus və mikroavtobuslar payız-qış mövsümünə hazırlıqla bağlı texniki müayinə edilir

20:32 - Naxçıvanda ictimai nəqliyyatda fəaliyyət göstərən avtobus və mikroavtobuslar payız-qış mövsümünə hazırlıqla bağlı texniki müayinə edilir

20:13 - Şahbuz Rayon İcra Hakimiyyəti tərəfindən bağlardan toplanan alma rayon ərazisindəki hərbi hissəyə təhvil verilib

19:51 - Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Sabir Məmədovun fərdi yaradıcılıq sərgisi açılıb - FOTO

19:39 - Maykl Pompeo Prezident İlham Əliyevi təbrik edib

naxcivanxeberleri.com

Avtobusda sərnişinləri sayan qurğu icad edilib

Avtobusda sərnişinləri sayan qurğu icad edilib
7-09-2019, 20:52

Birləşmiş Ərəb Əmirliklərində süni intellektdən istifadə etməklə avtobuslarda sərnişinlərin sayını müəyyən edən qurğu icad olunub.

NAXCİVANXEBERLERİ.COM yerli KİV-lərə istinadla xəbər verir ki, Dubayda yerləşən "AlmasRobotics” texnoloji və mühəndislik şirkətinin banisi və baş direktoru Fəhim Almas məktəb avtobuslarında uşaqların təhlükəsizliyini qorumaq üçün "SafeBus” (təhlükəsiz avtobus) adlı qurğu icad edib. Bu aparatı avtobusun qapılarında yerləşən bir neçə ötürücüyə birləşdirərək sərnişinlərin hərəkətinə nəzarət etmək və salona giriş-çıxış zamanı onların sayının qeydiyyatını aparmaq mümkündür. Avtobusun mühərrikinin işə düşməsi ilə cihaz avtomatik olaraq aktivləşir və bir saniyə ərzində informasiyaların sayılımasını təmin edir.

Qeyd edilir ki, nəqliyyat vasitəsinin mühərriki söndürüldükdən sonra qurğu avtobusdan çıxan sərnişinlərin salona daxil olanların sayı ilə düz gəlib gəlmədiyini müəyyən edir və içəridə sərnişinin qalmasını aşkar etdikdə dərhal həyəcan siqnalı verərək sürücüyə, yaxud nəqliyyat şirkətinə qısa mesaj göndərərək xəbərdarlıq edir. Yeni qurğunun əsas məqsədi uşaqların məktəb avtobusunda qalmasının qarşısını almaq və BƏƏ-də təhlükəsizlik standartlarını yüksəltməkdir.

Yeni qurğunun buraxılmasını şərh edən mühəndis Fəhim Almas qeyd edib ki, onunla bağlı böyük ümidlər var. Belə ki, bu qurğu bazara yeni konsepsiya gəyirir və ciddi problemin innovasiyalı və problemsiz həllinə kömək edir. Məhz bu cür yeniliklər Dubayı yaxın gələcəkdə dünyanın ən "ağıllı şəhər”lərindən birinə çevirmək kimi iddialı planın həyata keçirilməsinə şərait yaradır.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30