SON DƏQİQƏ

naxcivanxeberleri.com

Təzyiqi dərmansız salmaq üçün 3 SADƏ ÜSUL

Təzyiqi dərmansız salmaq üçün 3 SADƏ ÜSUL
6-09-2019, 17:30

Arterial təzyiqin daim yüksək olması orqanizmdə bir çox orqan və sistemlərə (ürək-damar sistemi, böyrəklər, gözlər və s.) ciddi ziyan vurur, insult və infarktın inkişafına səbəb olur.

Bu səbəbdən insan təzyiqinə daim nəzarət etməli və təzyiqi normada saxlamağa çalışmalıdır. Adətən təzyiqi normada saxlamaq üçün xüsusi dərman preparatları istifadə olunur. Lakin mütəxəssislər sübut edir ki, bəzi çox sadə qaydalara riayət etməklə təzyiqi dərmansız da tənzimləmək mümkündür.

Bu üsullar arasında:


- Arıqlamaq. Bədən çəkisinin hətta 1 kq azalması təzyiqin azalmasına kömək edir.

- Duzun qəbulunu azaltmaq. Duz insan orqanizmi üçün çox vacibdir və duzdan tam imtina etmək olmaz. Son araşdırmalar aşkar edib ki, duzdan tam imtina hətta insanın ölümünə səbəb ola bilər. Lakin həddindən artıq miqdarda duzun qəbulu orqanizmdə mayenin çıxmasına mane olur ki, nəticədə orqanizmdə mayenin həcmi artır. Bu isə təzyiqin artmasına səbəb olur.

- İdmanla məşğul olmaq. Mütəxəssislər sübut edir ki, həftədə 5 dəfə 30 dəqiqə ərzində bədən tərbiyəsi ilə və hətta tez yerişlə məşğul olan insanın təzyiqi 10 mm.c.st. düşür.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XBƏR LENTİ
BÜTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031