SON DƏQİQƏ

naxcivanxeberleri.com

Səhər yeməkdən əvvəl su içməyin 10 MÖCÜZƏVİ FAYDASI

Səhər yeməkdən əvvəl su içməyin 10 MÖCÜZƏVİ FAYDASI
3-09-2019, 10:30

Bədənimizin böyük bir hissəsi sudan ibarətdir.

Əzələlərimizin 75, beynimizin 90, sümüklərimizin 22, qanımızın 83 faizi sudan ibarətdir. Alimlər daim ac qarınına su içməyin faydalı olduğunu deyir.

Bəs bu fayda nədən ibarətdir?

Səhər yeməyindən əvvəl 1 stəkan su içmək bədəndəki toksiki və ehtiyac olmayan maddələrdən xilas olmaq üçün idealdır. Beləliklə günə başlayanda su içmək metobolizmanı gücləndirir və xəstəliklərdən qoruyur.

Gecə boyu bədənimiz hüceyrələrini təmir edir və özünü yeniləyir. Buna görə səhərlər ac qarnına su içmək artıq maddələrin sidik vasitəsilə bədəndən çıxması üçün faydalıdır.

Ac qarnına su içmək spirt, tütün, kirlilik və pis qidalanma ilə əlaqədar bədənimizə daxil olan zərərli maddələrin təsirini azaldır.

Su dərimizin ən yaxşı dostlarındandır. Dərimizin sağlam və gözəl olması üçün ac qarnına su içmək faydalıdır. Hər səhər ac qarnına 2 stəkan su içmək dərimizə elastiklik verər, gərginlik və qocalmadan qoruyar.

Səhər ac qarnına su içmək orqanlarımızın su ehtiyacını qarşılayar və sağlam işləməsinə kömək edər.

Ac qarnına 1-2 stəkan su içmək arıqlamağa köməklik edər. Su bədəndəki toksiki maddələri atmaqla yanaşı, yağ və kalori yandırmağa da kömək edər. Eyni zamanda aclıq hissini azaldır.

Səhərlər su içmək limfa vəzləri və bağırsaqları infeksiyalardan qoruyur.

Ac qarına ilıq su içmək günə enerji ilə başlamağa kömək edir. Bu, həmçinin yorğunluğu aradan qaldırar.

Səhər yeməyindən əvvəl su içmək bağırsaqların fəaliyyətini canlandırır, qəbizliyə qarşı yaxşı təsir göstərir.

Qastrit və buna oxşar problemlərdən əziyyət çəkirsinizsə, su sizin ən yaxşı köməkçiniz olar.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XBƏR LENTİ
BÜTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031