SON DƏQİQƏ

naxcivanxeberleri.com

Acqalma xroniki xəstəlikləri sağaldır

Acqalma xroniki xəstəlikləri sağaldır
26-08-2019, 21:54

Yeməyə məhdudiyyət qoymaq iltihab proseslərini zəiflədir.

NAXCİVANXEBERLERİ.COM "MedikForum”a istinadən xəbər verir ki, kalorinin azaldılması insanın immunitetini möhkəmləndirir.

Amerika alimlərinin gəldiyi qənaətə görə, müntəzəm acqalma xroniki xəstəliklər riskini iltihablı immun hüceyrələrinin qarşısının alınması hesabına azaldır. Daha bir tədqiqat göstərib ki, yeməkdə kalorinin məhdudlaşdırılması infeksiyalara qarşı mübarizə aparmaq funksiyası olan immun hüceyrələrini fəallaşdırır. Bu tədqiqatlar həkimləri infeksiyalara yoluxmuş və hətta şişləri olan pasiyentlərə ənənəvi müalicə vasitələri ilə bərabər müəyyən müalicəvi qidalanma qaydaları məsləhət görməyə sövq etməlidir.

Hər iki tədqiqat göstərib ki, qidalanmada sadə dəyişikliklər immunitetə nəzərəçarpacaq təsir göstərir. Alimlər ilk tədqiqat zamanı laboratoriya siçanlarını və insanın immun hüceyrələrini acqalmadan sonra müşahidə ediblər. Məlum olub ki, həmin dövrlərdə iltihab doğuran ağ qan hüceyrələrinin - monositlərin sayı azalır və bu da orqanizmə faydalı təsir göstərir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930