SON DƏQİQƏ

naxcivanxeberleri.com

Nar qabığının FAYDASI

Nar qabığının FAYDASI
5-01-2019, 12:44

Nar yeyəndən sonra qabığını atırsınız? Artıq atmayacaqsınız. Hətta bütün həkimlərin əcdadı sayılan Hippokrat bu meyvənin qabığı ilə açıq yaraları sağaldırdı.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, nar qabığı C vitamini ilə zəngindir. O, qanaxma və hemoroyu da sağaldır. Qurudulmuş nar qabığının tozunu suya əlavə edib gün ərzində içsəniz, bu xəstəliklərdən qurtulacaqsınız. Öskürək zamanı isə bu məhlulla qarqara etməyiniz kifayətdir.

Nar qabığının məhlulu həmçinin tökülmüş saçları bərpa edir, kəpəyin qarşısını alır. Onunla üzünüzü yusanız, dəriniz də mərmər kimi təmiz olacaq.

Nar qabığının tozunu yaşıl çay, keşniş toxumu, zəncəfil və nanə ilə birgə dəmləyin. Hazırladığınız şəfalı içki bütün qadın xəstəliklərinin düşmənidir. Böyrək və mədə xəstəliklərinin də qarşısını alır.

Bəs nar qabığının tozunu necə hazırlayaq?

Bunun üçün qabığın içərisindəki ağ hissəni kəsib atın, çünki olduqca acıdır. Sonra qabığı isti yerdə qurudun. Ətçəkən maşından keçirdib tünd rəngli şüşə qaba tökün, qaranlıq və quru məkanda saxlayın.(publika)

Vəfa Qasımova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XBƏR LENTİ
BÜTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031