SON DƏQİQƏ

naxcivanxeberleri.com

Günvurmanın SİMPTOMLARI və YARDIM. Bunu hər kəs bilməlidir!

Günvurmanın SİMPTOMLARI və YARDIM. Bunu hər kəs bilməlidir!
21-08-2019, 22:50

İsti havada günvurma halları artır. Günvurma çox ciddi pozulma sayılır ki, vaxtında lazım olan tədbirlər görülməzsə insan hətta həyatını itirə bilər.

İstinin təsirindən beyin qan dövranı kəskin pozulur ki, bu da çox ağır fəsadların inkişafına (koma, insult, iflic) səbəb ola bilər.

NAXCİVANXEBERLERİ.COM bildirir ki, günvurma yaşlı insanlar, ürək-damar, şəkərli diabet xəstələri, kiçik yaşlı uşaqlar, hamilə qadınlar üçün xüsusilə təhlükəlidir.

Günvurmanın əsas simptomlarını bilmək çox vacibdir!

Bu simptomlar arasında:

- zəiflik

- başgicəllənmə

- güclü baş ağrısı

- qulaqlarda küy

- nəfəsalmanın tezləşməsi

- nəbzin tezləşməsi

- üşümə

- ürəkbulanması və qusma

- hərarətin 40 C və ya daha artıq yüksəlməsi

- ağır hallarda qıcolmalar və huşun itirilməsi.

Bəzi hallarda bu əlamətlər insan günün altında olduqda, bəzi hallarda isə bir neçə saat sonra evə gəldikdə baş verir.

Günvurmanın ilkin əlamətlərini qeyd edən kimi zərərçəkəni kölgəyə və ya sərin otağa aparmaq, sıxan paltarları çıxarmaq, yarıoturaq vəziyyətdə uzatmaq lazımdır (başı bədənindən yuxarıda olmalıdır!).

Dərhal "təcili yardım" çağırın!

Zərərçəkmiş şəxsə soyuq su verin, üzünü və sinəsini soyuq su ilə silin. Alnına, boyunun yan tərəflərinə, qoltuqaltı nahiyyələrinə (iri damarlar keçən yerlər) soyuq su ilə kompresslər və ya buz qoyun.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031