SON DƏQİQƏ

naxcivanxeberleri.com

Arterial təzyiqi normaya salan TƏBİİ VASİTƏLƏR

Arterial təzyiqi normaya salan TƏBİİ VASİTƏLƏR
21-08-2019, 17:30

Hipertoniya xəstəliyi damar tonusunun sinir-funksional pozğunluğu ilə əlaqədar arterial təzyiqin 140/90 mm civə sütunundan yüksək olmasıdır.

Hipertoniya xəstəliyinə kişi və qadınlar arasında eyni dərəcədə və əsasən 40 yaşdan sonra rast gəlinir. Onu "ömrün payız çağının xəstəliyi" hesab edirlər. Lakin buna baxmayaraq hipertoniya son onilliklərdə bir qədər cavanlaşıb. Hipertoniyanın yaranma risklərinə sinir-psixi yüklənmələr, emosional gərginlik, uzunmüddətli stress, irsiyyət, azhərəkətlilik, piylənmə, alkoqol, siqaret və duzlu qidalardan istifadə daxildir.

Hipertoniklər qidalanmaya da ciddi fikir verməlidirlər. C vitamini, kalsium və maqneziumla zəngin olan ərik, üzüm, alma, qarağat, əncir və s. meyvələri, kartof, lobya, xiyar, pomidor, kələm, yaşıl noxud, soya, qırmızı turp, yaşıl soğan və s. tərəvəzlər, kəsmik, süd məhsulları, yumurtanın ağı, yarma və qaynadılmış mal əti ilə daha çox qidalanmalı, yağlı qidalar, gün ərzində yarım çay qaşığından artıq xörək duzu, kremli şirniyyatlar, təzə çörək, tünd çay, kofe, kakao, şokolad, spirtli içkilər, konservlər, ədviyyatlar qəbul etməməlidirlər. Şəkər, duz, mürəbbə, bal, konfet, kərə yağı, yağlı xama qəbulu məhdudlaşdırılmalı, qidalanma rejimi gündə 4-5 dəfə olmalıdır.

- 1 xörək qaşığı bal 1 stəkan mineral suda həll edilərək üzərinə yarım limon şirəsi əlavə olunur. Prosedur 7-10 gün aparılır və müalicə müddətində bir həftə acqarına içilir.

- 2 stəkan quşüzümü giləmeyvələri 3 xörək qaşığı şəkər kirşanı ilə ovulur, qarışıq hər gün yeməkdən 1 saat əvvəl gündə bir dəfə yeyilir.

- Hər gün 1 stəkan quşüzümü yeyilir və su ilə qarışdırılmış şəkildə 5-10 damcı yemişan çiçəklərinin spirtli çıxarışı qəbul edilir.

- Hərəsindən yarım stəkan çuğundur çuğundur və kök şirəsi qarışdırılır və gündə 1 dəfə yeməklər arası içilir.

- 10 qram basınağacı meyvələrinin üzərinə 1 stəkan qaynar su əlavə edilib 15 dəqiqə ağzı bağlı şəkildə qaynar su hamamında saxlanılır. Su hamamından çıxarılandan sonra 45 dəqiqə soyudulur, süzülür və gündə 3-4 dəfə üçdəbir stəkan qəbul edilir. Alınan dəmləmə 2 gün saxlanıla bilər.

- Davamlı olaraq gündə üç dəfə 20-40 damcı gülümbahar çiçəyinin spirtli çıxarışını qəbul etmək qan təzyiqini normallaşdırır, eyni zamanda, baş ağrıları azalır, yuxu tənzimlənir və həyat tonusu artır.

- 100 qram tumsuz üzüm gilələri ət maşınından keçirilərək üzərinə 1 stəkan soyuq su əlavə edilir, 10 dəqiqə zəif ocaqda bişirilir. Qarışıq süzüləndən sonra alınan maye soyudulur və hamısı bütün gün ərzində qəbul edilir.

- 2 həftə yeməkdən 30 dəqiqə əvvəl gündə 3 dəfə üçdəbir stəkan quşarmudu meyvəsinin şirəsi qəbul edilir.

- 1 kiloqram quşarmudu meyvəsi yuyulub qurudulandan sonra 700 qram şəkər tozu ilə ovulur və gündə iki dəfə 75-100 qram yeyilir.

- Qara qarağat şirəsi və ya giləmeyvələrinin dəmləməsi gündə 3-4 dəfə 1-4 stəkan qəbul edilir.

- Bərabər miqdarda qarışdırılmış damotu otu, bataqlıq qurucası, yemişan çiçəkləri və öksəotu qarışdırılır, qarışıqdan 1 stəkanın üzərinə 1 stəkan qaynar su əlavə edilərək dəmlənir. Dəmləmə gündə üç dəfə yeməkdən yarım saat əvvəl 100 ml qəbul edilir.

- Limon və ya portağalın tumları çıxarılandan sonra qabıqlı şəkildə əzilib püre halına salınır və zövqə görə şəkər tozu əlavə edilərək gündə üç dəfə yeməkdən əvvəl 1 çay qaşığı qəbul edilir.

- 1 stəkan xırdalanmış sarımsaq yarım litr arağın içərisində qaranlıq və isti yerdə saxlanılır, alınmış çıxarışdan 1 xörək qaşığı gündə üç dəfə yeməkdən əvvəl qəbul edilir.

- 3 ədəd baş sarımsaq və 3 ədəd limon ət maşınından keçirilib 1,25 litr qaynar suda dəmlənilir, ağzı sıx bağlanılır, vaxtaşırı qarışdırılaraq 1 sutka isti yerdə saxlanılır. Süzüləndən sonra yeməkdən yarım saat əvvəl gündə 2-3 dəfə 1 xörək qaşığı qəbul edilir.

- Hipertoniya və ateroskleroz zamanı 2 ədəd iri baş sarımsaq xırdalanaraq üzərinə 250 ml araq əlavə edilir, 12 gün saxlayandan sonra gündə üç dəfə 20 damcı qəbul edilir. Dadını yaxşılaşdırmaq üçün üzərinə nanə cövhəri də əlavə etmək olar. Qəbul müddəti 3 həftədir.

- Çay qaşığında 3 damcı aloe şirəsi qaynadılmış soyuq su ilə qarışdırılır və 2 ay gündə bir dəfə acqarına qəbul edilir.

- 20 qram xırdalanmış lobya qınının üzərinə 1 litr su əlavə edilib 3-4 saat su hamamında qaynadılır, soyudulub süzüləndən sonra gündə 4-5 dəfə yarım stəkan qəbul edilir.

- 10 qram bədrəncotu yarpağı, 20 qram qarğıdalı saçağı və yarım litr qaynar su minalı qabda qarışdırılır, 20 dəqiqə su hamamında saxlanılandan sonra süzülür, soyudulur və üzərinə 1 limonun şirəsi əlavə edilir, gündə 3 dəfə yeməkdən yarım saat əvvəl yarım stəkan içilir. Bir həftə qəbul ediləndən sonra 1 həftə fasilə verilərək yenidən başlanılır və 3 kurs müalicə aparılır.

- Şahtərə otu nanə yarpağı ilə birlikdə 10 dəqiqə suda qaynadılır, əldə edilən maye süzülərək bir qaba boşaldılır, hazır mayenin yarım fincanı su ilə qarışdırılaraq içilir.

- Yaşıl cirə yarpaqları sarımsaqla birlikdə möhkəm döyülərək əzilir, alınan qarışıq 15 dəqiqə qaynadılandan sonra süzülür, alınan maye bir qaba boşaldılır və soyudulur, bir stəkan suya yarım fincan qarışdırılaraq içilir.

- Su ilə bərabər nisbətdə qarışdırılmış sirkədə corablar isladılır və gecə yatağa girməzdən əvvəl ayağa geyinilir, ayaqlar bərk bürünülür.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30