SON DƏQİQƏ

naxcivanxeberleri.com

Dəyəri 2,97 milyon dollar olan poçt markası

Dəyəri 2,97 milyon dollar olan poçt markası
4-01-2019, 14:34

Dünyanın ən qiymətli poçt markalarını yığmaq maraqlı hobbilərdən biridir. Belə hobbiləri olan insanlar mütəmadi olaraq görüşür, son tapıntılarını müzakirə edirlər. Bu məşğuliyyət asan və faydasız görünsə də, əhəmiyyətli kapital yatırımı hesab edilə bilər. Çünki nadir nüsxələrin qiyməti hər il artır.

NAXCİVANXEBERLERİ.COM "Azərpoçt" MMC-yə istinadən xəbər verir ki, əksər hallarda markaların bu qədər baha olmasının səbəbi onun çap olunmasında buraxılan səhvlərdən ibarətdir.
Araşdırmalara əsasən, dünyanın ən bahalı poçt markası “Müqəddəs Qraal” (Z-Grill) - 1 sent nominallı poçt markasıdır. Onun üzərində ABŞ-ın ilk poçtmeysterinin, yəni ilk poçt kontoru rəhbəri olan Benjamin Franklinin rəsmi əks olunub. Həmin poçt markası 1868-ci ildə hazırlanıb. İndi aşkarlanıb ki, bu markanın cəmi 2 nüsxəsi var. Dəyəri 2.97 milyon dollardır.
Daha bir bahalı poçt markası “Sisiliya”dır. Dəyəri 2.72 milyon dollar təşkil edir. Markanın adından da bəllidir ki, onun rəng qammasında səhv buraxılıb. İlkin rəngi sarı idi, lakin hansısa səbəblərdən o, göy rəngdə olur. Həmin marka 1859-cu ildə buraxılıb. Hazırda 2 nüsxəsi var.
“Baden markı” markasının dəyəri 2 milyon dollardır. Bu poçt markası ilk dəfə 1851-ci ildə Baden hersoqluğunda buraxılıb.
“Mavi Mavrikiy” markasının dəyəri 1.15 milyon dollardır. Mavrikiy adasında buraxılan nadir poçt markalarından biridir.
O, 1847-ci ildə təsis olunub. Dünyada bu poçt markasından 2 sent nominallıq cəmi 6 nüsxə var.
“Bütün ölkə - qırmızıdır” markasının dəyəri isə 1.15 milyon dollardır. Nisbətən gənc poçt markası olan bu seriya 1968-ci ildə Çində dövriyyəyə buraxılıb. 2012-ci ilin may ayında hərracda bu poçt markası 7.3 milyon yuana satılıb.

Dəyəri 2,97 milyon dollar olan poçt markası
Dəyəri 2,97 milyon dollar olan poçt markası
Dəyəri 2,97 milyon dollar olan poçt markası
Dəyəri 2,97 milyon dollar olan poçt markası

Zeynəb Hüseynzadə

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30