SON DƏQİQƏ

naxcivanxeberleri.com

İşıqlı məkanları sevən və müsbət enerji yaradan kaktus

İşıqlı məkanları sevən və müsbət enerji yaradan kaktus
17-08-2019, 14:30

Kaktus ən çox yayılmış dibçək bitkilərindən biridir. Onun müxtəlif formalı boz tikanlı növləri var. Az qulluq tələb edən dibçək gülü hesab edilir, düşdüyü şəraitə dərhal uyğunlaşır. Görkəmi cəlbedici olmasa da, evdə atmosfer yaradılmasında və sakinlərin sağlamlığında müsbət rola malikdir.

Amerika qitəsində onu atsek mədəniyyətini bir hissəsi hesab edir və meyvələrini yeyərək bəzək bitkisi kimi bağlarda əkir, şəfa vasitəsi kimi istifadə edir və sehrli gücünə inanırdılar. Hətta onu qapı və pəncərəyə qoymaqla özlərini müəyyən qüvvələrdən qoruduqlarını güman edirdilər.

Kaktus vegetativ üsulla - kökündən cavan bitkiləri ayırmaqla çoxaldılır. Kökündən ayrılmış kaktus digər dibçəklərdə dərhal böyüməyə başlayır. Suya çox ehtiyac duymur, buna görə də onu torpaq həddindən artıq quruduqdan sonra sulamaq lazımdır. Yaz aylarında gübrələnən kaktuslar uzun müddət çiçəkləyir. İşıqlı məkanları sevir.

Kaktus özündə böyük miqdarda enerji saxlayır. O, becərildiyi evdə mənzil sahiblərini mənfi təsirlərdən qoruyur, müsbət enerji yaradır. Onu yerləşdirmək üçün ən yaxşı yer iş otağı, mətbəx və dəhlizdir. Kaktus əqli fəaliyyəti aktivləşdirir, düşüncənin normallaşmasına kömək edir. Miqren ağrılarını neytrallaşdırır, yoluxucu xəstəliklər və eroziya zamanı faydalı təsir göstərir. Onun iş otağındakı pəncərə önünə qoymaq məhsuldar iş şəraitinin təmin edilməsinə xidmət edir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30