SON DƏQİQƏ

naxcivanxeberleri.com

Qarpız qabığının FAYDALARI. Müalicəvi reseptlər

Qarpız qabığının FAYDALARI. Müalicəvi reseptlər
17-08-2019, 13:44

Qarpız qabığında qarpız qədər faydalar vardır. NAXCİVANXEBERLERİ.COM tanınmış fitoterapevt Fizuli Hüseynovun məqaləsini sizə təqdim edir.

Yadımdadır, uşaq vaxtı qarpız yeyəndə böyüklərimiz qarpızı dilimləyər, biz - uşaqlara dilimlə yeməyi məsləhət görərdilər. Səbəbini soruşduqda deyərdilər ki, qarpız qabığındakı ağ maddə dişləri ağardır və parlaq edir, qurdları tökür.

Qarpız qabıqları həm də böyrəkləri və öd kisəsini kiçik ölçülü qumlardan təmizləmək üçün mükəmməl bir vasitədir. Belə ki qarpız qabığı suyu həm ödqovucu, həm də sidikqovucudur.

Qarpız qabığını müalicə məqsədilə istifadə etmək üçün qalın qabıq qarpız götürüb üstündəki tam yaşıl hissəni soyub altındakı ağ maddəni qurudub bütün il boyu istifadə edə bilərsiniz.

Qurudulmuş qarpız qabıqlarından 2 xörək qaşığı götürüb 3 stəkan suda 10 dəq vam odda qaynadın, sonra süzüb gündə 3 dəfə yeməkdən 30 dəq əvvəl 1 stəkan için, müalicə müddəti 1 aydır. Və yaxud qarpız yeyilən vaxtlarda da bu müalicədən faydalana bilərsiniz beləki, yenə də qalınqabıq qarpızların üst yaşıl hissəsini soyub altında qalan ağ maddəni sürtkəçdən keçirib yediyiniz salatlara qarışdırıb yeyə bilərsiniz.

Qarpız qabığında üz təravətləndirici maddələr də var, belə ki qarpız qabıqlarını blenderdən keçirib sifətə çəkib 20-30 dəq üzdə saxladıqdan sonra yumaq lazımdır.

Qarpız qabığındakı amin turşular həm kişilərdə, həm də qadınlarda cinsi istəyi gücləndirir. Qarpız qabığındakı zəngin liflər bağırsaq tənbəliyində, qəbizlikdə çox faydalıdır.

Babasildən əziyyət çəkənlər qarpız qabığının dəmləməsindən faydalana bilər.

Qarpız qabığındakı antioksidantlar (likopen) xərçəng xəstəliyinin müalicə və profilaktikası üçün faydalıdır.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30