SON DƏQİQƏ

naxcivanxeberleri.com

Mixəyin təzə olduğunu necə təyin edək?

Mixəyin təzə olduğunu necə təyin edək?
5-08-2019, 18:51

Mixək insan sağlamlığı üçün olduqca faydalıdır. Bu ədviyyat mikrob, virus, göbələk və qurdları öldürür, iltihabları və ağrıları azaldır, sakitləşdirir, güc və gümrahlıq verir, həzmi yaxşılaşdırır...

Gördüyünüz kimi, faydaları saymaqla bitmir.

Lakin bütün bunlar yalnız təzə mixəyə aiddir. Köhnə mixəyin tərkibində faydalı maddələr azalır.

NAXCİVANXEBERLERİ.COM bildirir ki, təzəliyini və keyfiyyətli olmasını yoxlamaq üçün bir neçə ədəd mixək 1 stəkan suyun içərisinə atılır, suyun dibinə batması və ya mayenin içərisində üzməsi onun keyfiyyətinin yüksək, yana çevrilərək suyun üzərində qalması isə köhnə və yararsız olduğunu göstərir.

Bir neçə ədəd mixək oxlov vasitəsilə suçəkən ağ kağız vərəqin arasında əziləndə kağıza yağ ləkəsinin düşməsi mixəyin təzəliyini və keyfiyyətini göstərir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031