SON DƏQİQƏ

naxcivanxeberleri.com

Maqnit qasırğanın təsirini necə azaldaq

Maqnit qasırğanın təsirini necə azaldaq
5-08-2019, 16:00

Son vaxtlar Günəşdə aktivliyin artması nəticəsində insanlar tez-tez maqnit qasırğaların təsirinə məruz qalır.

Səbəbsiz halsızlıq və yorğunluq, baş ağrıları, əhvalın pisləşməsi, yuxusuzluq, əsəbilik, diqqətin pozulması - bütün bunlar maqnit qasırğaların nəticələridir.

Mütəxəssislər bu təsirləri azaltmaq üçün müxtəlif məsləhətlər verir. NAXCİVANXEBERLERİ.COM Komsomolskaya Pravda-ya istinadla fitoterapevt Elena Korsunun tövsiyələrini təqdim edir.

Halsızlıq və yorğunluğu azaltmaq üşün səhər beyinin fəaliyyətini aktivləşdirən dəmləməni içmək olar. Dəmləməni hazırlamaq üçün hərəsindən bir çimdik üyüdülmüş zəncəfil və cövüz, bir az kəklikotu və 2-3 hil götürün və 1 ç.q. qara çayla 200 ml suda termosda dəmləyin. 30 dəqiqədən sonra için. Bu çay insanı gümrah edir, əhvalı və beyinin fəaliyyətini yaxşılaşdırır.

Baş ağrısı və damarların spazmını götürmək üçün çaya mixək əlavə edin. Tərkibində damarları genişləndirən "sitral" maddəsi olan mixək baş ağrısını azaldır.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031