SON DƏQİQƏ

naxcivanxeberleri.com

SARI qarpızın faydaları

SARI qarpızın faydaları
3-08-2019, 22:46

Sarı qarpız adi qarpızın bir növüdür. Sarı qarpız əsasən İspaniyada və Tailandda yetişir.

Lakin son zamanlar bu qeyri-adi giləmeyvə bir çox digər ölkələrdə də (Çin, Misir, Yunanıstan, Rusiya və s.) yetişdirilir.

NAXCİVANXEBERLERİ.COM bildirir ki, sarı qarpız təbii məhsuldur, onun çox xoş şirin dadı var. Yaxşı keyfiyyətli sarı qarpız insan sağlamlığı üçün çox faydalıdır.

Sarı qarpız azkalorili məhsuldur, orqanizmi təmizləyir, sidikqovucu təsirə malikdir.

Sarı qarpız A vitamini ilə zəngindir. A vitamini "cavanlıq vitamini" sayılır. Bu vitamin qocalma proseslərini ləngidir, xroniki xəstəliklərin inkişafının qarşısını alır, görmə üçün çox vacibdir.

Həmçinin sarı qarpızın tərkibində B qrupu və C vitaminləri də var. B qrupu vitaminləri sinir sisteminin normal fəaliyyəti üçün olduqca vacibdir, C vitamini isə damarlarımızı möhkəm və elastik edir, immun sistemini möhkəmləndirir.

Sarı qarpızın tərkibində kalium və maqnezium var. Bu iki mineral ürək-damar sisteminin sağlamlığı üçün olduqca vacibdir.

Liflərlə zəngin olan qarpız bağırsaqları təmizləyir. Həmçinin qarpız qaraciyər üçün ən faydalı məhsullardan biridir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031