SON DƏQİQƏ

naxcivanxeberleri.com

Dünyanın ən bahalı telefonları - 45.5 milyon $

Dünyanın ən bahalı telefonları - 45.5 milyon $
31-12-2018, 16:21

10. Vertu Signature Cobra (310.000 $).Bugünə qədər Vertu Signature Cobra adlı bir telefon eşitmişdiniz? Sensorlu ekrana sahib olan telefonlar sizə böyük görsənirsə və kiçik ekran həvəskarısınızsa bu telefon əsl sizin üçün yaradılıb. Ancaq qiyməti sizə görə olmaya bilər. Telefonun hər bir tərəfi qiymətli daşlarla bəzədilib və normal telefonda olan hər bir özəlliyə sahibdir. Bu telefon cəmi 8 ədəd istehsal edilmişdir.
9. Gresso Luxor Las Vegas Jackpot ( 1 milyon $).
Bu telefona sahib olmaq üçün 1 milyon dollar ödəmək lazımdır! Qiyməti çox baha görünə bilər amma bu telefonu hazırlamaq üçün 45 karat qara almaz, 18 karat saf qızıl və digər qiymətli daşlardan istifadə edilib. Eyni zamanda bu telefonu əldə etmək çox çətindir. Çünki dünyada cəmi 3 ədəddir.
8. Diamond Crypto Smartphone (1.3 milyon $).
1.3 milyon dollarlıq bu ağıllı telefon digərlərindən fərqlidir. Çünki heç bir ağıllı telefon bu qədər qiymətli daşlarla bəzədilməyib. Aralarında 10 ədəd mavi daşın da iştirak etdiyi bu telefonun örtüyünü düzəltmək üçün 50-ə yaxın qiymətli daşdan istifadə edilib.
7. GoldVish Le Million ( 1.45 milyon $)
İsveçrə istehsalı olan bu telefonun örtüyündə 18 karat qızı, 120 karat brilliant və platindən istifadə edilib. Bu telefona sahib olmaq isə çox çətindir. Çünki dünyada cəmi 3 ədəddir.
6. Almaz örtüklü iPhone 6 ( 2.5 milyon $)
Bu telefonun da istehsalında qiymətli daşlardan istifadə edilib. Telefonun gövdəsi 18 karat qızıldan və almazlardan ibarətdir. Apple loqosu isə tamamilə almazdan ibarətdir. 2.5 milyon dollar qiyməti olan bu telefondan dünyada çox az saydadır.
5. iPhone 3G Kings Button ( 2.5 milyon $)
iPhone 3G Kings Button 18 karat sarı, ağ və çəhrayı qızıldan istifadə edilərək hazırlanıb. Plastik xətlərin üzərində 6.6 karat brilliant döşənib.
4. Supreme Goldstriker iPhone 3G ( 3.2 milyon $)
3.2 milyon dollarla gəlirli biznes sahələrindən birinə sərmayə yatırıb sərvəti daha da artırmaq olar. Ancaq bəzi milyonçular var dövlətini bu cür əşyalara xərcləməyi sevirlər. Bu telefonun istehsalında 22 karat qızıl, 136 ədəd briliant və menyu düyməsində 7.1 karat ağırlığında almazdan istifadə olunub. Telefonun özünü isə almaq mümkün deyil. Çünki az sayda istehsal edildiyi üçün artıq satışda yoxdur.
3. Diamond Rose iPhone 4 32GB ( 8 milyon $)
Bu iphoneun istehsalında isə 100 karat ağırlığında 500 ədəd almazdan istifadə edilibı. Arxa hissəsində 53 ədəd brilliantdan istifadə edilərək yaradılan apple loqosu isə telefona ayrıca gözəllik verir. Telefonun menyu düyməsi isə 7 karat almazdan istifadə edilərək yaradılıb.
2. iPhone 5 Black Diamond ( 15 milyon $)
15 milyon dollar dəyərindəki bu telefon adından da göründüyü kimi nadir əldə edilən qara almazlarla bəzədilib. Apple loqosunda 53 ədəd brilliantdan istifadə edilib. Telefonun gövdəsi 53 ədəd brilliant, 24 karat qızıldan istifadə olunaraq hazırlanıb.İstehsalı 9 ay çəkib bu telefon tamamilə əl ilə istehsal edilib.
1. SuperNova Diamond iPhone 6 ( 45.5 milyon $)
İnanılmazdır amma 45.5 milyon dollarlıq telefon da var siyahıda. Bu telefon dünyanın ən bahalı telefonu olmaqla yanaşı həm də ən gözəl telefonlarından biridir. Telefonun arxa hissəsi çox nadir hallarda tapılan çəhrayı qızılla düzəldilib. Telefonun bu qədər bahalı olmasının əsas səbəbi də budur.
Dünyanın ən bahalı telefonları - 45.5 milyon $
Dünyanın ən bahalı telefonları - 45.5 milyon $
Dünyanın ən bahalı telefonları - 45.5 milyon $
Dünyanın ən bahalı telefonları - 45.5 milyon $
Dünyanın ən bahalı telefonları - 45.5 milyon $
Dünyanın ən bahalı telefonları - 45.5 milyon $
Dünyanın ən bahalı telefonları - 45.5 milyon $
Dünyanın ən bahalı telefonları - 45.5 milyon $

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930