SON DƏQİQƏ

naxcivanxeberleri.com

Hələ də tapmaca olan beynin yaddaş gücü-Lamiyə Quliyeva yazır...

Hələ də tapmaca olan beynin yaddaş gücü-Lamiyə Quliyeva yazır...
23-07-2019, 10:42

Beynimizin necə işləməsi, mürəkkəb davranışların necə baş verdiyi və buna nəyin səbəb olduğu, düşünmə, dərk etmə, sezmə və hiss etmə kimi zehni fəaliyyətlərin necə meydana gəlməsi əsrimizin elm adamlarını dərindən düşündürən mühüm məsələlərdəndir.

İnsan beyni həssas bir mexanizm olmasına baxmayaraq, o son dərəcə dözümlü və uzunömürlüdür. Eyni zamanda, zənn edilə bildiyindən daha faydalı orqandır. Beynin düşüncə, hafizə və şüur fəaliyyətlərini əhatə edən hissəsində 10-12 milyon hüceyrə vardır; hüceyrələr bir-birinə elektrokimyəvi xəbər daşıyan incə uclarla bağlıdır.
Düşüncə ilə hafizənin bu elektrik axımlarının yolculuğu ilə çox yaxın əlaqəsi vardır. Elm adamları “beyin yorğunluğu”, “zehnin doluluğu” kimi halları qəbul etməzlər, uzun sürən zehni çalışmalardan yorulan beynimiz deyil, gözlərimiz, boynumuz, kürəyimiz və ya vücudumuzun müxtəlif hissələridir. Beynimiz heç yorulmadan davamlı işlək vəziyyətdədir. Zehni yorğunluq deyilən şey ümumiyyətlə diqqətsizlikdir, sıxıntıdır. Diqqətimizin dağılmasına mane olacaq qüvvəni özümüzdə tapmalıyıq.
Yaş artdıqca beynin öyrənmə qabiliyyətində azalma olacağı nəzəriyyəsi də bu gün elm tərəfindən rədd edilmişdir. Ölən beynin hüceyrələrinin yerinə yeniləri gəlməz. İnsanların qocaldıqca bədən və zehni güclərinin azaldığı doğrudur. Təbii olaraq hər iki halda da bu çox qarışıq fizioloji mexanizmlərin müxtəlif hissələrində köhnəlmələr nəticəsində xarab olmalar baş verir. Tək-tək bu xarab olmalar heç bir təhlükə təşkil etmədiyinə baxmayaraq, hamısının birdən təsiri ciddi ola bilər. Yaş ötdükcə beynin zəifləməsi, oksigen və ya qlükoza daşıyan qan dövranının azalması səbəbindədir. Gənclikdə baş verənlərin daha yaxşı xatırlanması, qan dövranı sisteminin daha yaxşı işlədiyi zamanlarda beynin yaxşı işləmiş olmasındandır. Bu səbəblərdən qocalar gənclikdə olan şeyləri, yaxın keçmişdə olanlardan daha yaxşı xatırlayırlar.
Beynimizdə istədiyimiz hər bir cümlə, hər bir fikir təhlili fəaliyyət sayılır. Beyin işlədiyi zaman qüvvətlənir, çalışmayanda isə zəiflyir. Məntiqimizi nə qədər işlətsək bir o qədər qərar vermə gücümüz də artar. Yaddaş idmanla gücləndirilir. İnkişaf etmiş yaddaşa malik insanlar, görüb eşitdiklərini bütün təfərrüatı ilə zehinlərində saxlayırlar. Ehtiyac olduqda isə onu dərhal və eyni şəkildə ortaya çıxarırlar. Qüvvətli yaddaşa malik insanlar bir baxışda hər şeyi zehninə yaza bilirlər. Onların gözləri linza kimi çalışıb, fotoaparat kimi yazıları, rəsimləri, şəkilləri hafizələrinə qeyd edirlər.
Onlardan soruşduqda kəlmələri, rəsimləri zehinlərində aydın olaraq “gördüklərini” ifadə edirlər.
Beynin xatirələri necə saxladığını bu gün hələ də tam olaraq açıqlanmamışdır. Yaddaş, elm adamlarının fikrinə görə, insanın sirri asanlıqla anlaşılmayan qabiliyyətlərindən biridir. Bəzi elm adamlarına görə hafizənin hər bir parçası yüzlərlə, minlərlə hüceyrədən meydana gəlmişdir. Bir-birinə nazik uclarla bağlı ilməklər var ki, bu ilməklərdə elektrik cərəyanı dövr etməkdədir. Digər elm adamlarına görə də, xatirə hüceyrəyə işləməkdə və ya kəndirdəki düyünlür kimi bir hüceyrələr zəncir təşkil etməkdədir. Elmi olaraq hiss etdiyimiz mənzərələri 30-60 dəqiqə arası beynimizdə qeyd olunmadan, qaldığını qəti olaraq bilirik. Bu səbəbdən başından tək bir zərbə alan insan, zərbədən 15-20 dəqiqə əvvəlini xatırlamaya bilər. Orta hesabla bir insan ömrü boyunca beynin 15 trilyon ayrı-ayrı xəbər aldığı hesablanmışdır. Yaddaşda saxlananların sayı, beynin hüceyrə sayından qat-qat çoxdur. Aparılan bir təcrübədə beynin yadda saxlama tutumunun bir katrilyon (milyon dəfə milyard) məlumat alacaq imkana malik olduğu hesablanmışdır. İnsanın zehni qabiliyyətlərinin 10-15 %-ni istifadə etdiyi, buna baxmayaraq yaddaşda trilyonlarla ayrı-ayrı xəbər saxlanıldığı düşünülsə, yaddaşımızın gücü və həcminin insan idrakından qat-qat artıq olduğu anlaşılmış olacaqdır.

İnsan beyni içində bir xardal dənəsi kiçikliyində bir yerə yerləşdirilən yaddaş mərkəzinə baxırıq. Görürük ki, belə böyük bir kitab ancaq kitabxana ilə müqayisə oluna bilər ki, bütün həyat macəraları ora yazılır.
Görəsən, bu qüdrət möcüzəsinə hansı səbəb göstərilə bilər? Beyindəki sinir lifləri mi? Bəsit, şüursuz hüceyrə atomları mı? Təsadüf rüzgarları mı? ...


Lamiyə Quliyeva

Naxçıvan Müəllimlər İnstitutunun əməkdaşı

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30