SON DƏQİQƏ

naxcivanxeberleri.com

Böyrək daşlarını tökən 3 üsul...

Böyrək daşlarını tökən 3  üsul...
11-07-2019, 13:35

Boyrək daşı xəstəliyi ən yayılmış böyrək xəstəliklərindən biridir.

Daşlar kiçik olduqda onların təbii yolu ilə böyrəklərdən çıxması mümkündür. Lakin daha böyük daşlarda bu mümkün deyil. Daşlar sidik yoluna düşə və burada "ilişə" bilər ki, bu da çox ağrılı tutmaya səbəb olur.

Xalq təbabətində böyrəklərdə daşların əmələ gəlməsinin qarşısını almaq üçün çoxlu sayda reseptlər var.

NAXCİVANXEBERLERİ.COM medportla.ru-ya istinadla sizə bu reseptləri təqdim edir.

1. Təbii limonad

Limon şirəsi sidiyin turşuluğunu azaldır və bununla da böyrəklərdə oksalat daşların əmələ gəlməsinin qarşısını alır.

Resept:

- 50 ml təbii limon şirəsi

- 1 l təmiz su

- zövqə gör bal

İnqrediyentlər qarışdırılır və gün ərzində içilir.

2. Limon şirəsi + zeytun yağı

Resept:

- 2 x.q. limon şirəsi

- 1 x.q. keyfiyyətli zeytun yağı

- 250 qr su

Limon şirəsi zeytun yağı ilə qarışdırılır və qəbul edilir. Sonra 1 stəkan təmiz su içmək lazımdır. Bunu 10 gün ərzində edin.

3. Alma sirkəsi

Alma sirkəsinin tərkibində olan turşular daşların əmələ gəlməsi riskini azaldır və artıq mövcud olan daşların parçalanmasına kömək edir.

Resept:

- 1 x.q. təbii alma sirkəsi

- 1 stəkan su

- zövqə görə bal

Sirkəni və balı suya əlavə edin, qarışdırın. Hər gün 1 stəkan olmaqla için. Bunu uzun müddət ərzində edə bilərsiniz.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031