SON DƏQİQƏ

18:42 - Sabah 15 minə yaxın bakalavr magistraturaya qəbul imtahanı verəcək

18:14 - Ərdoğan: "TEKNOFEST"i "Bir millət, iki dövlət, tək festival" şüarı ilə Bakıda gerçəkləşdirdik"

18:05 - AZƏRBAYCAN TARİXİNİN ŞANLI SƏHİFƏSİ

17:44 - Ərdoğan Bəxtiyar Vahabzadənin məşhur şeirini səsləndirib

17:38 - Boşanmaq istəyən şəxs qeydiyyatda olmadığı başqa bir rayon məhkəməsinə müraciət edə bilərmi?

17:15 - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan "TEKNOFEST Azərbaycan" festivalına qatılıblar - FOTO, YENİLƏNİB-2

17:02 - Müasir Naxçıvan rənglərin işığında” adlı rəsm sərgisi keçirilib-FOTO

16:51 - Türkiyə lideri: "Kosmik tədqiqatlarda Azərbaycanla birlikdə olacağıq"

16:47 - “TEKNOFEST Azərbaycan”: İlham Əliyev və Ərdoğana xatirə hədiyyələri təqdim olunub

16:19 - Ərdoğan: “Akıncı” PUA-sı İstanbuldan Bakıya dayanmadan uçmaqla rekorda imza atıb”

16:09 - Ərdoğan: "Məqsədlərimizin reallaşması üçün Azərbaycanla koordinasiyalı fəaliyyətimizi davam etdirəcəyik"

16:06 - Prezident İlham Əliyev: "Türkiyənin artan gücü bizi də gücləndirir"

15:56 - Ərdoğan: "Kimsənin torpağına göz dikməmişik, amma kimsəyə verəcək torpağımız da yoxdur"

15:53 - İlham Əliyev: "Gənclər üçün Əziz Səncər kimi insanlar örnəkdir, nümunədir"

15:51 - Türkiyə Prezidenti: "Sizə Qarabağ deyəndə ürəyində fırtınalar olan 85 milyon vətəndaşımızın salamını gətirmişəm"

naxcivanxeberleri.com

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası ilə uğurla yekun vurub - FOTO

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası ilə uğurla yekun vurub - FOTO
26-01-2022, 21:23

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, yanvarın 26-da Naxçıvan Şahmat Mərkəzində Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının 2021-ci ilin yekunları ilə bağlı tədbiri keçirilib.

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov çıxış edərək deyib ki, Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə olduğu kimi idmana da böyük diqqət və qayğı ilə yanaşılır. Bu qayğıdan bəhrələnən idman federasiyalarından biri də Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasıdır. Ötən il ərzində iki şahmatçımız beynəlxalq titul qazanmış, bir şahmatçımızın adı isə Naxçıvan Muxtar Respublikasının Gənc İstedadlarının “Qızıl Kitabı”na salınıb. Bu, Naxçıvan şahmatının daim inkişafda olduğunun göstəricisidir. Ötən il Naxçıvan şahmatçıları ölkə və beynəlxalq turnirlərdə uğurla iştirak ediblər. Şahmat müəllimlərinin dərsləri tədris etməsi ilə yanaşı, kitablar yazması, tərcümə etməsi və istedadlı şahmatçılar hazırlamaları şahmatın muxtar respublikada kütləviliyinin, inkişafının göstəricisidir. Bu sahədə görülən işlər beynəlxalq şahmat ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilir, nümunə kimi göstərilir.

Vurğulanıb ki, federasiya hər il yeni proqramlar hazırlayır, təklifləri dəyərləndirir, Naxçıvan Muxtar Respublikası Təhsil nazirliyi ilə sıx əməkdaşlıq edir. Təhsil Nazirliyi ilə birgə şahmatı tədris edən muxtar respublika müəllimlərinin sertifikasiyası keçirilir, onlarla görüşlər təşkil olunur. Bu da şahmatın inkişafına böyük təkandır. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə federasiya qarşılıqlı əlaqələr əsasında birgə çalışır, şəhər və rayonlarda yarışlar keçirilir. Rayon bölmələri daim öz fəaliyyətlərini gücləndirir. Əlavə olaraq il ərzində rayon və şəhər məktəblərində valideynlərlə, şahmatçılar və müəllimlərlə görüşlər keçirilir.

Qeyd edilib ki, Ali Məclis Sədrinin tapşırıqlarına, diqqət və qayğısına əsasən, bu il də Şahmat Federasiyası öz işini təqvim planına uyğun quracaq və şahmatın inkişafı üçün yaradılan şəraitdən səmərəli istifadə edəcək. Federasiya rəhbəri çıxışının sonunda göstərilən diqqət və qayğıya görə federasiyanın məşqçi və idmançıları adından minnətdarlığını bildirib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov vurğulayıb ki, muxtar respublikada müasir şahmat infrastrukturu formalaşdırılıb. Rayon mərkəzlərində yeni şahmat məktəbləri, Naxçıvan şəhərində Şahmat Mərkəzi, ümumtəhsil məktəblərində şahmat sinifləri yaradılıb. Şahmat mərkəzi və məktəbləri 67 ən yeni müasir kompüter və 9 elektron lövhə, həmçinin şahmatla bağlı elektron tədris vəsaitləri ilə təchiz olunub. Eyni zamanda ümumtəhsil məktəblərində şahmat sinifləri 490 ayaqlı, 500 asma və 3910 stolüstü şahmat dəsti ilə təchiz edilib. 2019 və 2020-ci illərdə keçirilən sertifikasiyada şahmatı tədris edən və uğurlu nəticə göstərən 505 müəllimə ümumtəhsil məktəblərində şahmat fənnini tədris etməsinə icazə hüququ verən sertifikat verilib. Federasiyanın hazırladığı “Pillə-pillə”, “Debütdə buraxılmış səhvlərə aid 1000 oyun”, “Naxçıvan şahmat diyarıdır”, “Şahmat incilərini tapmaq” və “Həvəskardan ustaya qədər” kitabları ümumtəhsil məktəblərində şahmat fənninin yüksək səviyyədə tədris olunmasına öz töhfəsini verib. Uşaq-Gənclər Şahmat məktəbləri tərəfindən Federasiya ilə birlikdə 132-si məktəbdaxili, 73-ü məktəblilərarası, 76-sı tempo yarışı, 93-ü rayon birinciliyi, 18-i muxtar respublika birinciliyi, 20-si Azərbaycanın rayonları arasında onlayn yoldaşlıq görüşü, 12-si Türkiyə və Pakistan şahmatçıları arasında onlayn yoldaşlıq görüşü, 2-si isə Beynəlxalq yarış səviyyəsində olmaqla, ümumilikdə, 426 şahmat yarışı keçirilib.

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı çıxış edərək deyib ki, Ali Məclis Sədrinin rəhbərliyi altında muxtar respublikada idman və idmançılara dövlət qayğısı ən yüksək səviyyədədir. Naxçıvan idmanının maddi-texniki imkanları sayəsində yeniyetmə və gənclərin bu sahəyə marağı günü-gündən artmaqdadır. Nazirlik idmanın inkişafı və təbliğinə nail olmaq üçün muxtar respublikanın bütün idman federasiyaları ilə qarşılıqlı fəaliyyət göstərir və bu sahədə dövlət siyasətini həyata keçirir. 2021-ci il Naxçıvan şahmatı üçün uğurlu olub. Belə ki, Birinci “Naxçıvan Premium Turniri”ndə qazanılan etimad nəticəsində muxtar respublika ilk dəfə olaraq şahmat üzrə ölkə çempionatına ev sahibliyi edib. Naxçıvan zəka sahiblərinin titullu şahmatçılarla bir yarışda iştirak etməsi onlar üçün böyük təcrübə olmaqla yanaşı, gələcək nailiyyətlər üçün zəmin yaratdı. Bunun nəticəsidir ki, idmançılarımız Serbiyada keçirilən beynəlxalq turnirin qaliblərindən olmuş, 1 şahmatçımız Ruminiyada keçirilən Avropa çempionatında milli komandamızın heyətində çıxış etmiş və il sonunda FIDE ustası adına layiq görülüb. Naxçıvan şəhəri və bölgələrdə federasiyanın bölmə və qrupları fəaliyyət göstərir. Həmin bölmələrdə, ümumilikdə, 233 qrup üzrə 3106 uşaq, yeniyetmə və gənc idmanın bu növü ilə məşğul olur.

Sonra Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədr müavini Emin Hacıyevin hesabatı dinlənilib.

Sonda federasiyanın 2021-ci il üçün mükafat fondunda nəzərdə tutulan mükafatlar il ərzində yarışlarda yer tutan, titul qazanan şahmatçılar, onların müəllimləri və direktorlarına, göstərdikləri fəaliyyətə görə məktəblərə və onların müəllimlərinə təqdim olunub.

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    May 2022    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031