SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan davamlı inkişaf yolundadır

Naxçıvan davamlı inkişaf yolundadır
14-01-2022, 10:26

Geridə qoyduğumuz 2021-ci il respublikamız üçün mühüm nailiyyətlər dövrü kimi tarixə qovuşdu. Təbii ki, ötən ilin ən uğurlu hadisəsi, ilk növbədə, işğaldan azad olunmuş torpaqlarımızda həyata keçirilən bərpa və yenidənqurma işləri və Prezident İlham Əliyevin Vətən müharibəsindəki Zəfəri diplomatiya meydanında davam etdirməsi oldu.

O cümlədən pandemiyanın hələ davam etməsinə, koronavirusun yeni  ştamlarının meydana çıxmasına rəğmən Azərbaycan iqtisadiyyatı ötən ili müsbət makroiqtisadi göstəricilərlə başa vurdu. 

Bütün bunlar bir daha göstərir ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi, Prezident İlham Əliyevin qətiyyətlə və layiqincə davam etdirdiyi inkişaf və yüksəliş siyasəti respublikamızın qarşısında dayanan bütün məqsədlərin uğurla reallaşmasını təmin edir. Xüsusilə qeyd edilməlidir ki, Vətən savaşındakı Zəfər, 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın azad olunması cəmiyyətimizi daha yüksək əhvali-ruhiyyəyə köklədi. Bu isə respublikamızdakı inkişaf proseslərinə pozitiv təsir göstərdi. Əsas qeyd olunmalı məsələlərdən biri də respublikamızın regionlarının inkişafıdır. Bu gün hansı şəhərə, hansı rayona üz tutsaq, tərəqqinin, abadlıq və yenidənqurma işlərinin şahidi olarıq. Bu sırada Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı istiqamətində əldə olunan uğurlar, burada həyata keçirilən quruculuq və abadlıq işləri həm genişmiqyaslı, həm də olduqca qürurvericidir. Bəli, vaxtilə Ulu Öndər Heydər Əliyevin qoruduğu, alınmaz qalaya çevirdiyi Naxçıvan blokada şəraitində olmasına baxmayaraq, Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində sürətlə inkişaf edir, nailiyyətlərini gündən-günə artırır.

Fəxrlə deyə bilərik ki, bu gün Naxçıvan şəhərindən muxtar respublikanın ən ucqar kəndlərinə qədər inkişafın ən gözəl  nümunələrini görmək mümkündür. Yeni yolların çəkilməsi, yeni inzibati binaların inşası, yüzlərlə yeni istehsal müəssisəsinin, on minlərlə yeni iş yerinin yaradılması müasir Naxçıvanın inkişafının əsas xarakterik göstəriciləridir. Bütün bunlar muxtar respublikanın simasını tamamilə dəyişib, onu nəinki ölkəmizin, bütün regionun ən gözəl ünvanlarından birinə çevirib.

 Hazırda Naxçıvanda qazlaşdırma və elektriklə təminat 100 faizlik göstəriciyə bərabərdir. 2004-2020-ci illərdə muxtar respublika iqtisadiyyatı 12,5 dəfə artıb. Naxçıvanda inkişaf mərkəz və regionlar üzrə tarazlı xarakter daşıyır ki, bu da rentabelli istehsal sahələrinin bütün bölgələri əhatə etməsi, yerli resurslardan istifadənin səmərəliliyinin artırılması, infrastrukturun yeniləşdirilməsi tədbirləri ilə sıx şəkildə bağlıdır. Budur inkişafın qürurdoğuran Naxçıvan nümunəsi……

Muxtar respublikada 2021-ci ildə də iqtisadiyyatın şaxələndirilməsi və sosial sahənin inkişafı üzrə mühüm tədbirlər həyata keçirilib, yüksək nəticələr qazanılıb, dövlət proqramlarının və iqtisadi layihələrin icrası uğurla davam etdirilib. Ona görə 2021-ci ilin də inkişaf göstəriciləri uğurludur. Belə ki, Naxçıvanda iqtisadiyyatın əsas inkişaf göstəricisi sayılan ümumi daxili məhsul istehsalı 2020-ci illə müqayisədə 2021-ci ildə 2,4 faiz artaraq 3 milyard manatdan çox olub. Onun hər bir nəfərə düşən həcmi 6525 manat təşkil edib ki, bu da 2020-ci ildəki göstəricidən 3,4 faiz çoxdur. Ümumi daxili məhsulun 59 faizdən çoxu istehsalın payına düşüb. Təkcə  2021-ci ildə Naxçıvanda 120 yeni sənaye müəssisəsi açılıb, mövcud sənaye müəssisələrinin istehsal gücləri genişləndirilib. Həyata keçirilən iqtisadi tədbirlərin nəticəsidir ki, muxtar respublikada 384 növdə məhsul istehsal edilir. 350 növdə məhsula olan tələbat yerli istehsal hesabına ödənilir ki, bu da yerli istehsalın xüsusi çəkisinin artması hesabına olub.

Naxçıvanın yüksəlişi istiqamətində görülən işlər, hər il müsbət makroiqtisadi nəticələrin əldə olunması, istehsal müəssisələrinin çoxalması, iş adamları üçün geniş sərmayə imkanlarının yaradılması inkişaf tempinin davamlı xarakter almasına və nəticə etibarilə vətəndaşların maddi rifahının yaxşılaşmasına, sosial sahədə mühüm uğurların qazanılmasına səbəb olub. Bir məsələni də xüsusi qeyd edək ki, Naxçıvanda torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə şəhid olmuş vətən övladlarının ailələrinə, müharibə əlillərinə davamlı maddi və mənəvi qayğı göstərilir. Bu kateqoriyadan olan şəxslərin sosial məsələləri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun xüsusi nəzarətindədir və mütəmadi olaraq tədbirlər həyata keçirilməkdədir.

Bütün bunlar Naxçıvan Muxtar Respublikasının ölkəmizin əsas inkişaf və quruculuq ünvanlarından biri olduğunu təsdiq edir. Bu inkişaf Naxçıvanın uğuru olmaqla yanaşı,  respublikamızdan kənarda Azərbaycanın gözəl tanıtımıdır. Blokadanın, həmçinin dünyada tüğyan edən pandemiyanın yaratdığı müəyyən çətinliklərə baxmayaraq, Naxçıvan inkişaf edir, yüksəlir, nailiyyətlərini ildən-ilə sürətlə artırır.

Prezident İlham Əliyevin inkişaf strategiyasının Naxçıvan Muxtar Respublikasında Ali Məclisin sədri Vasif Talıbovun rəhbərliyi ilə uğurla reallaşması qarşıdakı dövrdə də respublikamızın bu bölgəsində yeni uğurlarla əlamətdar olacaq. Bu mənada əminliklə deyə bilərik ki, Naxçıvan Muxtar Respublikası bundan sonra Azərbaycanın inkişafının ən gözəl nümunələrini yaradan bölgələrdən biri kimi fərqlənəcək.

Cəbi QULİYEV,

Milli Məclisin deputatı

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31