SON DƏQİQƏ

naxcivanxeberleri.com

Muxtar respublikada dekabr ayı üzrə pensiyaların maliyyələşdirilməsi yekunlaşıb

Muxtar respublikada dekabr ayı üzrə pensiyaların maliyyələşdirilməsi yekunlaşıb
6-12-2021, 19:30

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən inkişaf strategiyası, reallaşdırılan geniş miqyaslı islahatlar bu gün Azərbaycanın qüdrətli iqtisadiyyata, eyni zamanda güclü sosial müdafiə sisteminə malik bir ölkəyə çevrilməsinə səbəb olmuşdur. Bu uğurlu siyasətdə, xüsusilə sosial müdafiənin ildən-ilə güclənməsi dövründə, həssas qruplara, o cümlədən əmək pensiyaçılara diqqət və qayğının artırılmasını xüsusi olaraq vurğulamaq lazımdır.

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, muxtar respublikada sosial müdafiə sahəsində aparılan siyasət sığorta-pensiya sisteminin inkişafına öz töhfəsini verməkdədir. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən sığorta-pensiya sisteminin tətbiqi və əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri uğurla davam etdirilir. Belə ki, fond dekabr ayında pensiyaçılara bütün növ əmək pensiyalarının ödənilməsini qrafikdən əvvəl başa çatdırmışdır. Pensiyaçılar pensiyalarını plastik bankomat kartları və istəklərinə əsasən yaşadıqları kəndlərdə yerləşən poçt bölmələri vasitəsilə əldə edə bilərlər. Əhaliyə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin də vaxtında ödənilməsi, həmin şəxslərin şəxsi hesablarına, yaxud poçt ünvanlarına vəsaitin köçürülməsi üçün müvafiq işlər isə hal-hazırda davam etdirilir.

Qeyd edək ki, hazırda tətbiq olunan pensiya sistemi fərdi uçot əsasında, sosial sığorta prinsiplərinə uyğun olaraq fəaliyyət göstərir. Fərdi uçotun tətbiqi ilə bütün işləyən vətəndaşları əhatə edən sığorta-pensiya sisteminin formalaşdırılmasına nail olunmuşdur. Əhaliyə göstərilən xidmətlərin təqdim edilmə müddətinin azaldılması məqsədilə müxtəlif layihələr tətbiq edilmişdir ki, nəticədə sığortaolunanların fərdi hesabları üzrə ödənilmiş sığorta haqları barədə məlumat bazasının yaradılması, bütün mövcud proseslərin, yəni həm məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi və fərdi uçotunun qurulması, həm pensiyaların məbləğinin hesablanması, həm də onların ödənişi və ödənişinə nəzarətin avtomatlaşdırılması tam təmin edilmişdir.

Naxçıvan Muxtar Respubilkası Dövlət Sosial Müdafiə Fondu pensiya və müavinətlərin hər ay vaxtından əvvəl ödənilməsi və pensiyaçıların rahat şəkildə pensiyalarını alması üçün müvafiq işləri bundan sonra da davam etdirəcəkdir.

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31