SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda Vətən Müharibəsi iştirakçıları ilə görüşü təşkil edilib- FOTO

Naxçıvanda Vətən Müharibəsi iştirakçıları ilə görüşü təşkil edilib- FOTO
2-12-2021, 19:37

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə “ZəfərimiZ” kampaniyası çərçivəsində gənclərin Vətən Müharibəsi iştirakçıları ilə görüşü təşkil edilib. Görüş Naxçıvan şəhərində yerləşən “Görüş Yeri” kafesində baş tutub.     

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, əvvəlcə Vətən müharibəsində şəhid olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbirin əvvəlində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin baş zabiti Nurlan Məhərrəmov çıxış edərək Vətən müharibəmizdə qazanılan zəfərdən söhbət açıb. Torpaqlarımızın azad olunmasında canından keçən şəhidlərimizin və qazilərimizin xidmətlərinin hər zaman xalqımız üçün əvəzsiz olduğunu vurğulayıb.

Gənclər Fondunun əməkdaşı Sübhan Rəhimli çıxış edərək vətən müharibəsində yüksək şücaət və qəhrəmanlq nümayiş etdirən hər bir Azərbaycan övladının vətən sevgisinin gənc nəsil üçün nümnunə olduğunu bildirib.

  Vətən muharibəsi iştirakçıları baş leytenant Sahil Hacıbəyli, İlqar Canməmmədov, Nəriman Süleymanlı, baş gizir Amil Məmmədov, MAHHXHQ Sadiq İbrahimli və Cahandar Məhərrəmov torpaqlarımızın azad olunmasında pay sahibi olmağın onlar üçün tərifsiz duyğu olduğunu dilə gətiriblər. Vətən müharibəmizdə Füzuli və Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edən baş leytenant Sahil Hacıbəyli bildirib ki, çətin bir yol olmasına baxmayaraq hər bir döyüşçü bu yolun sonunda ordumuzun zəfər qazanacağına əmin idi. Xalqımızın  birliyi və Vətənə olan dərin məhəbbət ordumuzu bu savaşın qalibi etdi.    

Sonra çay süfrəsi ətrafında vətən müharibəsi iştirakçılarından döyüş xatirələri dinlənilib. Könüllülərin vətən müharibəsi qazilərinin döyüş yoluna marağı olduqca yüksək olub. Qaziləri diqqətlə dinləyən gənclər onlara öz suallarını da ünvanlayıblar.

Sonda torpaqlarımızın azadlığı uğrunda şücaət göstərən qazilərə təşkilatçılar tərəfindən hədiyyələr təqdim olunub və xatirə fotosu çəkilib.

Hərbçilərlə, qazilərimizlə həmsöhbət olmaq yeniyetmə və gənclərdə ruh yüksəkliyi, vətənə sevgi hislərini dərinləşdirir,onlarda milli vətənpərvərlik şüurunun formalaşmasında, onların vətənpərvər, millətsevər, qorxmaz və mərd bir gənc olaraq yetişməsində çox mühüm rol oynayır. Bütün bunlar nəzərə alınaraq  görüşlərin davamlı olması planlaşdırılır.

 

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31