SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan şəhərində əmək yarmarkası keçirilib          

Naxçıvan şəhərində əmək yarmarkası keçirilib          
19-10-2021, 18:06

Muxtar respublikamızda işaxtaran şəxslərin məşğulluqlarının təmin edilməsi, o cümlədən əmək bazarında rəqabətə davamlılığın artırılması, kadr potensialının yüksəldilməsi daim diqqət mərkəzindədir.

Nazirliyin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, bu baxımdan, gənclərlə yanaşı, xüsusi ixtisası və ya peşəsi olmayan, əmək qabiliyyətli şəxslərin məşğulluğunun təmin edilməsi də xüsusi əhəmiyyət daşıyır. Bu məqsədlə təşkil edilən əmək yarmarkaları bu kateqoriyadan olan şəxslərin işlə təmin olunması istiqamətində vacib məşğulluq tədbirlərindən biridir.

        Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 yanvar 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq muxtar respublikada əmək yarmarkalarının keçirilməsi davam edir. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən növbəti əmək yarmarkası oktyabr ayının 19-da Naxçıvan şəhərində keçirilib. Qeyd edək ki, sözügedən tədbirə, işaxtaranlarla yanaşı hərbi xidmətdən yeni təxris olunmuş gənclər də dəvət olunub. Hərbi xidmətdən yeni tərxis olunmuş gənclərlə, onların vakant iş yerlərinə göndərilməsi, müvafiq peşə və ixtisaslara yiyələnməsi üçün peşə hazırlığı kurslarına cəlb olunması, əmək bazarına inteqrasiyası və özünüməşğulluqlarının həyata keçirilməsi ilə bağlı məlumatlar verilib.

Əmək yarmarkasında işaxtaranlara ümumilikdə 88 müəssisədən 703 boş iş yeri təqdim edilib. Nəticədə, 43 nəfərin sözügedən vakansiyalar üzrə işə göndərilməsi təmin olunub, 8 nəfərin isə özünüməşğulluq proqramına cəlb edilməsi üçün qeydiyyatı aparılıb. Həmçinin əmək yarmarkasında peşə hazırlığı kurslarına 15 nəfərin qeydiyyatı aparılıb ki,  onlardan 6 nəfərini hərbi xidmətdən təxris olunmuş gənclər təşkil edib.

Növbəti əmək yarmarkası oktyabrın 21-də Şərur rayonunda keçiriləcəkdir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031