SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda keçirilən “Marş İrəli” layihəsi sona çatıb-FOTO      

Naxçıvanda keçirilən “Marş İrəli” layihəsi sona çatıb-FOTO      
9-09-2021, 21:35

Layihənin sonuncu günü iştirakçıların hərbi paradı, Naxçıvan Televiziyasının baş redaktoru Ruhiyyə Rəsulovanın təqdimatında "İnformasiya müharibəsi" adlı təlim, maneəli qaçış və avtomatla virtual atıcılıq yarışları reallaşıb. 
Naxçıvan Muxtar Respublikası Gənclər və idman Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbirin bağlanış mərasimində aparıcı bildirilib ki, muxtar respublikamız gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi, fiziki dözümlülüyün artırılması, rəqabətədavamlı və sağlam gəncliyin inkişafına xidmət edən “Marş İrəli” adlı hərbi simulyasiyalı layihənin 4-cü mövsümünə uğurla ev sahibliyi etdi. 5-9 sentyabr tarixlərini əhatə edən layihə 100 nəfər fəal gənci öz ətrafında topladı. Onların hərb sənətinə marağını artıracaq maraqlı tədbirlər təşkil olundu. Tariximizin və milli mənəvi dəyərlərimizin dərindən öyrənilməsi məqsədilə müxtəlif ekskursiyalar, müzakirə və təqdimatlar reallaşdı. "Əlbəyaxa döyüş", " İnformasiya müharibəsi" və ən əsası hərbi vətənpərvərlik mövzularını əks etdirən təlimlər şübhəsiz ki, gənclərimizin bilik və bacarıqlarının artırılmasına hesablanmışdı. Qeyd olunub ki, 5 gün boyunca Əlahiddə Ümumqoşun Ordunun  şəxsi heyəti, təşkilatçı qurumlarla birgə layihənin uğurlu icrası üçün maksimum səylə çalışdı. Hərbi silah və texnikalarla tanışlıq, pilotların nümunəvi uçuşları, eləcə də əsgər və zabitlərimizin peşəkar döyüş təlimləri "Marş İrəli"yə xüsusi rəng qatdı. 
         "İrəli" İctimai Birliyinin sədri Şahin Rəhmanlı layihənin Naxçıvanda reallaşan 4-cü mövsümünün öncəkilərdən fərqləndiyi diqqətə çatdırıb, təşkilati dəstəyə görə minnətdarlığını ifadə edib. Təşkilatçı qurumlara “Təşəkkürnamə”lər təqdim edilib. Sonra mükafatlandırma mərasiminə başlanılıb. Yekun nəticələr 5 gün ərzində təşkil olunan təlimlər, yarışlar və komanda təqdimatlarında fərqlənmə, qalibiyyət, ümumilikdə nizam-intizam, aktivlik və dözümlülük meyarlarına əsasən hesablanıb. Əldə etdiyi uğurlarla digərlərini geridə qoyan "Kərkicahan" komandası qalib adına layiq görülüb. “Murov” və “Şahbulaq” müvafiq olaraq 2-ci, 3-cü sıralarda qərarlaşıblar.
         Layihə iştirakçılarına sertifikatlar verilib. İlk üçlükdəki kollektivlər kubokla mükafatlandırılıblar. 
 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930