SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bakıdan Naxçıvana ilk avtobus reysi yola salınıb

Bakıdan Naxçıvana ilk avtobus reysi yola salınıb
17-07-2021, 10:43

Bakı-Naxçıvan marşrutu üzrə ilk müntəzəm avtobus reysi Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola düşüb.

Dövlət Avtomobil Nəqliyyat Xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, məcburi ehtiyacları qarşılamaq üçün sərhəddə əvvəlcədən təyin olunan məkanlarda avtobusun hərəkətinə 15-20 dəqiqə fasilə veriləcək.

Qeyd edək ki, gediş biletinin qiyməti 30 manat, 5-10 yaş arası uşaqlar üçün isə 50% güzəşt olmaqla 15 manat təşkil edir. Gediş biletlərini Bakı Beynəlxalq Avtovağzalının kassalarından, eləcə də avtovağzala gəlmədən internet üzərindən avtovagzal.az saytı vasitəsi ilə "online" gediş bileti sifariş etmək mümkündür.

Reyslər yüksək komfortlu, müasir tipli avtobuslarla həyata keçirilir. Azərbaycan vətəndaşları üçün gömrük keçid məntəqəsində "COVID-19" testi pulsuz olaraq götürülür.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2021    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031