SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ermənilər Naxçıvan istiqamətində Fövqəladə Hallar Nazirliyinin əməkdaşını yaraladılar

Ermənilər Naxçıvan istiqamətində Fövqəladə Hallar Nazirliyinin əməkdaşını yaraladılar
14-07-2021, 18:23

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyindən NAXCİVANXEBERLERİ.COM-a  daxil olmuş məlumata əsasən,iyulun 14-ü saat 10.00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri davamlı olaraq Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini  və ətraf ərazilərini müxtəlif çaplı silahlardan atəşə tutub. Nəticədə mövqelərin qarşısında və ətraf ərazilərdə yanğınlar baş verib. Yanğın ocaqlarının söndürülməsinə cəlb olunan Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Sədərək rayon yanğınsöndürənlərinə qarşı saat 13.00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələrinin müxtəlif çaplı silahlardan atəş açıb. Atəş nəticəsində Fövqəladə Hallar Nazirliyinin əməkdaşı, mayor Əhmədli Elvin Südeyif oğlu çiyin nahiyəsindən yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib.  

Qeyd edək ki, İyulun 14-ü saat 10.00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

Əlahiddə Ümumqoşun Ordudan NAXCİVANXEBERLERİ.COM-un aldığı məlumata görə, atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Mərdanlı İbadulla Məhsud oğlu yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, tibb müəssisəsinə təxliyə olunub.

Düşmən cavab atəşi ilə itki verərək susdurulub.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ağustos 2022    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031