SON DƏQİQƏ

naxcivanxeberleri.com

Türkiyənin səlahiyyətli səfiri Cahit Bağçı Naxçıvan Dövlət Universitetində olub-FOTO

Türkiyənin səlahiyyətli səfiri Cahit Bağçı Naxçıvan Dövlət Universitetində olub-FOTO
7-07-2021, 17:51

Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı  Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində olub.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, ikitərəfli görüşdə universitetin rektoru Elbrus İsayev qardaş ölkənin səfirini salamlayıb və ali təhsil ocağında olmaqdan məmnunluq duyduğunu ifadə edib. Rektor hər iki ölkə arasında olan qardaşlıq münasibətlərinin elmə, təhsilə də müsbət mənada təsirindən danışıb. Elbrus İsayev universitetin maddi-texniki bazası, müasir tədris üsulları , fakültələri və mövcud ixtisaslar haqda ətraflı məlumat verib. Ali təhsil ocağının beynəlxalq əlaqələr sahəsində qazandığı uğurları diqqətə çəkən rektor Türkiyənin 80-dən çox ali təhsil ocağı ilə qurulmuş əlaqələrin müsbət perspektivlərindən danışıb. Türkiyə ilə imzalanan ikili diplom layihələrinin universitetin gələcək perspektivlərində əhəmiyyəti vurğulanıb. Rektor universitetdə təməli qurulan Texnopark layihəsindən danışaraq bu sahədə qardaş ölkənin təcrübəsinin mühüm əhəmiyyətə malik olacağını diqqətə çatdırıb. Bildirilib ki, NDU-da tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində Türkiyə universitetlərinin təcrübəsindən geniş istifadə olunur.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ali təhsil ocağında olmaqdan məmnunluğunu ifadə edib. Səfir birgə təcrübələr, ortaq yayımlar, elmi araşdırmaların əhəmiyyətindən danışıb. Bildirilib ki, universitetləri uğura aparan yolun təməlində ortaq yayımlar, elmi araşdırmalar əsas yer tutur. Diplomat iki ölkənin universitetləri arasında əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulu Məhmət Emin Kiraz da görüşdə iştirak edib.

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ağustos 2022    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031