SON DƏQİQƏ

naxcivanxeberleri.com

Daha bir Naxçıvan atleti ölkə çempionu oldu 

Daha bir Naxçıvan atleti ölkə çempionu oldu 
15-06-2021, 22:36

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda 2006-2007-ci il təvəllüdlü yeniyetmələr arasında #atletika üzrə ölkə birinciliyi keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,  yarışda 8 komandanın heyətində 100-dən çox atlet iştirak edib. Muxtar respublikamızı birincilikdə #Naxçıvan Atletika Federasiyasının idmançısı Miryusif Seyidov təmsil edib. Çempionatda atletlər 100, 200, 400, 800, 1500 və 3000 metr məsafələrə qaçış, 4x100 metr məsafəyə estafet qaçışı, uzunluğa, hündürlüyə və üçtəkanla tullanma, eləcə də nüvəitələmə, lövhə atma, nizə atma yarışlarında qüvvələrini sınayıblar. 1500 metr məsafədə bürünc medal əldə edən təmsilçimiz 3000 metrdə bütün rəqiblərini geridə qoyub. Finiş xəttinə 11 dəqiqə 3.78 saniyə ərzində çatan Miryusif bu göstərici ilə qızıl medala yiyələnib.
Xatırladaq ki, iyunun əvvəlində digər atletimiz Əmrah Nağıyev gənclər arasında ölkə birincisi olmuşdu.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2021    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031