SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan idmançısı ölkə çempionu olub-FOTO

Naxçıvan idmançısı ölkə çempionu olub-FOTO
5-06-2021, 10:38

Naxçıvan idmançısı ölkə çempionu olub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,  3-4 iyun tarixlərində atletika üzrə Azərbaycan çempionatı keçirilib. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda reallaşan yarışda 90 idmançı medallar uğrunda mübarizə aparıb. Çempionatda muxtar respublikamızı təmsil edən Əmrah Nağıyev ona bəslənilən ümidləri doğruldaraq mükafatçılar sırasına düşüb. Naxçıvan Atletika Federasiyasının idmançısı 3000 metr məsafəyə qaçışda bütün rəqiblərini geridə qoyaraq finişə birinci çatıb. Məsafəni 9 dəqiqə 32.92 saniyə ərzində qət edən təmsilçimiz bu göstərici ilə Azərbaycan çempionu adına layiq görülüb. İlk üçlükdə qərarlaşan idmançılara diplom və medallar təqdim edilib.

Xatırladaq ki, ölkə və beynəlxalq miqyaslı marafon qaçışı turnirlərində uğurlu nəticələrə nail olan Əmrah Nağıyev kross qaçışı (6000 metr) üzrə Azərbaycan çempionatının da qalibi olub.







Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930