SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib
30-04-2021, 21:07

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti aprel ayının son 15 günü ərzində bir sıra qərarlar qəbul etmişdir.
Belə ki, Nazirlər Kabinetinin 2021-ci il 20 aprel tarixli Qərarı ilə “İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”nda və “Sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilməsi Qaydası”nda dəyişiklik edilmişdir. Birinci Qaydada edilmiş dəyişikliyə görə peşə hazırlığı işaxtaran və işsiz şəxslərin əlavə təhsili, o cümlədən peşənin öyrənilməsi, ixtisasın artırılması, yenidən hazırlıq, yaşlıların təhsili və digər təhsil istiqamətləri üzrə təşkil edilir. Peşə hazırlığı üzrə təşkil edilən kurslarda təhsil müddəti 6 (altı) aya qədərdir və peşə hazırlığının təşkili zamanı 3 ildən artıq işləməyənlər, peşəsi (ixtisası) olmayanlar, habelə şəhid ailəsinin üzvləri üstün hüquqa malikdirlər.

Həmçinin Nazirlər Kabinetinin eyni tarixli digər Qərarı ilə “Aqrar sığorta Qaydaları” təsdiq edilmişdir. Müvafiq Qaydalara əsasən kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə ting (şitil) və ağac (kol) təminatına dair sığorta müqavilələrində sığorta predmetinə tam zərər dəyməsi faktı sığorta hadisəsi hesab edilir. Kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə məhsul təminatına dair sığorta məbləği bitkinin əkildiyi ərazinin sahəsi, gözlənilən məhsulun miqdarı və qiyməti, ting (şitil) təminatına dair sığorta məbləği həmin tingin (şitilin) bazar qiyməti, ağac (kol) təminatına dair sığorta məbləği isə gözlənilən məhsulun miqdarının üç misli nəzərə alınaraq hesablanır. Kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə sığorta müqaviləsində ümumi sığorta məbləği və sığortalanan hər baş heyvan üçün sığorta məbləği göstərilir. Ümumi sığorta məbləği sığortalanan heyvanların sayı və bazar qiymətləri, sığortalanan hər baş heyvan üçün sığorta məbləği isə həmin heyvanın bazar qiyməti nəzərə alınaraq hesablanır.
Bunlarla yanaşı Nazirlər Kabinetinin 2021-ci il 22 aprel tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında ərzaq balansının tərtib olunması Qaydası” təsdiq edilmişdir.
Eyni tarixli bir digər Qərar ilə “Elektrik enerjisindən istifadə Qaydaları”nda dəyişiklik edilmişdir.
Nazirlər Kabinetinin 2021-ci il 26 aprel tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nda dəyişiklik edilmişdir. Həmin dəyişikliyə görə müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün müraciət, onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənin, qəyyumun, himayəçinin) yaşadığı ərazi üzrə edilir.
Nazirlər Kabinetinin 2021-ci il 28 aprel tarixli Qərarı ilə “İri sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri tərəfindən peşəkar mühasib sertifikatının əldə edilməsinin müddətlərinin və ardıcıllığının müəyyən edilməsi haqqında” 2019-cu il 1 aprel tarixli 31 nömrəli Qərarında dəyişiklik edilmişdir.
Qəbul olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində www.huquqiaktlar.nakhchivan.az) tanış olmaq mümkündür.

 



Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31