SON DƏQİQƏ

naxcivanxeberleri.com

Qars müqaviləsi Naxçıvanın muxtariyyətinin təminatıdır

Qars müqaviləsi Naxçıvanın muxtariyyətinin təminatıdır
1-03-2021, 16:00

 Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 8 fevral 2021-ci il tarixdə “Qars müqaviləsinin 100 illiyinin keçirilməsi haqqında” Sərəncam imzalamışdır. Sərəncamda deyilir: “Qars müqaviləsi Naxçıvanın muxtariyyət statusuna təminat verən çox mühüm hüquqi, siyasi və beynəlxalq sənəddir”.

          Qədim tarixə malik olan Naxçıvanın igidləri tarix boyu yadellilərin hücumuna sinə gərmiş, torpaqlarımızın və xalqımızın müstəqilliyinin təmin olunması üçün yorulmadan mübarizə aparmışlar. Təsadüfi deyil ki, Yaxın Şərq və Cənubi Qafqazda ən qədim qala tipli yaşayış yerləri də məhz Naxçıvan ərazisindədir. Lakin XIX-XX əsrlərdə kapitalizmin inkişafı, formalaşan imperiyalar xalqımızın ərazi bütövlüyü və Naxçıvan üçün yeni təhlükə yaratmışdır. XX əsrin əvvəlində kəskinləşən imperialist müharibələrixüsusilə təhlükəli olmuşdur. 

 Ermənilər tərəfindən dağıdılan Kilit kəndi.

Azərbaycan xalqının tarixi tarixən böyük Türkiyə xalqının taleyi ilə sıx bağlı olmuşdur. XX əsrin əvvəlində Mustafa Kamal Atatürkün rəhbərliyi ilə milli istiqlal müharibəsində qələbə çalaraq Türkiyə Cümhuriyyətini yaradan Türk xalqı Azərbaycan xalqının milli müstəqilliyinin qorunmasında və Cənubi Qafqazda sülhün təmin edilməsində maraqlı idi. Məhz elə buna görə 16 mart 1921-ci ildə Türkiyə ilə Rusiya arasında bağlanan Moskva və 13 oktyabr 1921-cü ildə Türkiyə, Rusiya, Azərbaycan, Cürcüstan və Ermənistan arasında bağlanan Qars müqaviləsində Azərbaycanın ərazi bütövlüyünün təmin olunması öz əksini tapmışdı. Bu baxımdan Qars müqaviləsi xüsusilə əhəmiyyətli idi. Bu müqavilədə Azərbaycanın ərazi bütövlüyü təmin olunmuş, Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət verilməsi öz əksini tapmışdı. Müqavilənin 5-ci maddəsinə əsasən Ermənistan Naxçıvan bölgəsinin Azərbaycanın himayəsində muxtar ərazi təşkil etməsinə razı olmuş və onun sərhədlərini tanımışdı. Kars müqaviləsinin 1-ci maddəsinə əsasən müqaviləni imzalayan tərəflər, o cümlədən Ermənistan İndiyədək imzalanan müqavilələri ləğv olunmuş və öz quvvəsini itirmiş hesab edirdilər. 

Ermənilər tərəfindən dağıdılan Kotam kəndi.

Lakin çox təəssüf ki, Ermənistan müqaviləni imzaladıqdan sonra öz üzərinə götürdüyü öhdəliyə nəinki əməl etməmiş, hətta Türkiyə və Ermənistana qarşı ərazi iddialarını davam etdirmiş, bölgədə imperialist siyasətini davam etdirən Rusiya isə Ermənistanı dəstəkləmişdir. 1929-cu il 18 fevralda Moskva və Kars müqavilələrinin şərtlərini kobudcasına pozan Zaqafqaziya MİK totalitar inzibati-amirlik şəraitində Naxçıvan MSSR-in doqquz kəndinin– Şərur dairəsinin Qurdqulaq, Xaçik, Horadiz, Şahbuz nahiyəsinin Oğbin, Sultanbəy, Ağxəç, Almalı, İtqıran kəndlərinin, Ordubad dairəsinin Qorçevan kəndinin, habelə Kilit kəndinin torpaqlarının bir hissəsinin, əkin sahələri və torpaqları ilə birlikdə Ermənistan SSR-ə birləşdirilməsi haqqında qərar qəbul etmişdir. Bu əraziləri ələ keçirən Ermənistan 1990-cı ildə Naxçıvanı Azərbaycandan təcrid etmiş, Naxçıvana və Dağlıq Qarabağa qarşı açıq müharibəyə başlayaraq öz ərazi iddialarını həyata keçirməyə başlamışdı. 1992-1993-cü illərdə Sovet ordusunun köməyi ilə aparılan müharibə nəticəsində Qarabağ, onun ətrafındakı 7 rayon – Kəlbəcər,   Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, Ağdam və Füzuli rayonları Ermənistanın və onun havadarlarının silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Qarabağ ətrafindakı rayonların işğalının məqsədi bu bölgədə yaşayan erməniləri Azərbaycandan təcrid etmək və Azərbaycan torpaqlarını Ermənistana birləşdirməkdən ibarət idi. Ermənistanın deportasiya və işğal siyasəti nəticəsində Azərbaycan öz torpaqlrında bir milyondan artıq qaçqını yerləşdirməyə məcbur oldu.

2020-ci ildə Müzəffər Azərbaycan ordusunun Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi ilə qalibiyyətli yürüşü, 44 günlük azadlıq müharibəsi nəticəsində doğma torpaqlarımız – Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa, Hadrud, Şuqovuşan, Xocavəndin, Kəlbəcər, Ağdam, Laçın və Xocalı rayonlarının kəndləri işğaldan azad olunmuşdur. Azərbaycan ordusunun hücumuna davam gətirməyən düşmən noyabrın 10-da kapitulyasiya haqqında Bəyanatı imzalamağa məcbur olmuşdur. Artıq torpaqlarımız düşmən torpaqlarından azaddır. 10 noyabr 2020-ci ildə imzalanan Bəyanata görə Ermənistanın Mehri rayonundan keçərək Naxçıvan Muxtar Respublikasını Azərbaycanın digər rayonları ilə birləşdirəcək dəhlizin açılması nəzərdə tutulmuşdur.

Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun qalibiyyətli müharibəsi Naxçıvanın iqtisadi blokadadan çıxarılması üçün olduqca əhəmiyyətli nəticələr vermiş və onun gələcəkdə ahəngdar inkişafına şərait yaratmışdır. Beləliklə də tarixi ədalət bərpa olunmuşdur. Naxçıvanın ərazi bütövlüyünün qorunması və təhlükəsizliyinin təmin edilməsində Qars müqaviləsinin mühüm əhəmiyyəti vardır.

Ümummilli liderimiz Heydər Əliyev Qars müqaviləsinin əhəmiyyətindən bəhs edərək demişdir: “Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan sənəddir”.

Naxçıvanın tarixində mühüm və əhəmiyyətli məsələ olan Qars müqaviləsi XX əsrdə Naxçıvan ərazi bütövlüyünün təmin olunmasında mühüm rol oynamışdır. Hazırda Azərbaycanın çiçəklənən diyarına çevrilən Naxçıvan Ali Məclisin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə yüksəliş xətti ilə inkişaf etməkdədir.

Vəli BAXŞƏLİYEV

AMEA-nın müxbir üzvü

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930