SON DƏQİQƏ

naxcivanxeberleri.com

O, tarix yazan ölməz qəhrəmanlarımızdan biridir

O, tarix yazan ölməz qəhrəmanlarımızdan biridir
21-02-2021, 11:30

Vətən bizim varlığımız, ən müqəddəs dəyərlərimizin toplandığı yerdir. Tarix boyu Vətən torpaqlarının müdafiəsi uğrunda neçə-neçə igid oğul və qızlarımız canından keçib, şəhidlik məqamına yüksəlib. Bu, elə ali məqamdır ki, ölümlərin ən mübarəkidir, ən müqəddəsidir. Vətən uğrunda öldüyünü bilmək, bu şəhadətə yüksəlmək üçün ölümün gözünə dik baxmaq hər kəsə nəsib olmur. Şəhidlər öz ilahi fədakarlıqları ilə ölümsüzlüyə qovuşan, bütün bəşəriyyətin önlərində baş əydiyi yenilməz varlıqlardır! Şəhidlər xalqın var olma səbəbidir, keçmişimizi bu günümüzə qovuşduran, bizi gələcəyə aparan, üzümüzdəki sevincin, qəlbimizdəki rahatlığın təminatçısıdır onlar. Biz onlara borcluyuq. Qürurla yeridiyimiz Vətən torpağının hər qarışında aldığımız nəfəs üçün, üzümüzdə yaranan təbəssüm, sevincimiz, kədərimiz üçün... Sentyabr ayının 27-də başlanan Vətən müharibəsində qazanılan zəfərimizdə, alınan torpaqlarımızın hər qarışında neçə-neçə şəhidimizin qanı, hər birinin fərqli qəhrəmanlıq salnaməsi var. Düşmənə qarşı mərdliklə vuruşan oğullarımızın gələcək nəsillər üçün örnək olacaq qəhrəmanlıq hekayələrini dinlədikcə qürurlanmamaq mümkün deyil. 44 günlük müharibədə Naxçıvan Muxtar Respublikasından olan igid oğullarımız da qəhrəmanlıqla vuruşub, öz canlarından keçərək şəhidlik məqamına yüksəliblər. Belə mərd, igid oğullarımızdan biri də Nihad Seyidovdur. Nihad Seyidov 1998-ci il 12 iyunda Culfa rayonunun Teyvaz kəndində anadan olub. İlk təhsilə 2004-cü ildə Naxçıvan şəhəri 14 nömrəli tam orta məktəbdə başlayan Nihad 2 il burada oxuduqdan sonra 17 nömrəli tam orta məktəbdə təhsilini davam etdirib. Hərb sənətinə sonsuz maraq və sevgisi sayəsində 2012-ci ildə Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunub. Liseydə oxuduğu müddətdə nümunəvi davranışı, mülayim xarakteri ilə seçilən Nihad yoldaşları ilə yanaşı, müəllimləri tərəfindən də sevilirdi. Ona liseydə tarix fənnini tədris edən Təranə Tahirovanın öz şagirdi Nihad haqqında yazdıqlarına nəzər yetirək: “Nihad Seyidov hərbi liseydə oxuduğu 3 il ərzində özünü sakit, mədəni, məsuliyyətli bir kursant kimi tanıtdı. Yoldaşları ilə qarşılıqlı hörmət əsasında davranırdı. Dərslərinə çox yaxşı hazırlaşırdı. Bu xarakteri onu müəllimlərinin gözündə daha da ucaldırdı. Qarabağ mövzusunda d a n ı ş a n d a belə bir sual verdi mə nə: - “Müəl l imə, biz güclüyük, yoxsa ermənilər?” Həmin gündən bu mövzuda söhbətlərimiz genişləndi. Qarabağ tarixinə çox marağı var idi. Hər bir hadisə haqqında suallar verir və düşünürdü. Mən onun nə qədər vətənpərvər olduğunu hiss edirdim. Nəhayət, İkinci Qarabağ müharibəsinin başlanması Nihadın sualına cavab verdi. Müharibə göstərdi ki, həqiqətən də, biz güclüyük! Nihad da digər oğullarımız kimi gözünü qırpmadan döyüş meydanına atıldı. Arzularını gerçəkləşdirə, Qarabağın azad olunmasına şahid ola bilmədi, şəhid oldu Nihad! Ölümsüzlüyə qovuşdu, xatirələrdə qaldı yarımçıq həyatı! Vətənini, torpağını azad etmək uğrunda canını fəda etdi! Amma Nihad bu yolu lap uşaqlıqdan seçmişdi. Namərd düşmən gülləsi aman vermədi onun arzularının gerçəkləşməsinə”. Hərbçi olmağı uşaqlıqdan arzulayan Nihad hərb sənətinin sirlərinə daha dərindən yiyələnmək üçün 2015-ci ildə Bakıdakı Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olur. 2019-cu ildə oranı bitirib, leytenant rütbəsi alır. Elə həmin il hərbi xidməti vəzifəsinə başlayır. Yüksək bacarığı və hazırlığı sayəsində tezliklə bölük komandiri təyin olunur. 2020-ci ilin 20 mart tarixində döyüş fəaliyyəti və ictimaisiyasi hazırlıqda əldə etdiyi yüksək nailiyyətlərə görə fəxri fərmanla təltif olunur. Hərbi sahədə irəliləmək, həmişə öndə getmək, kəşfiyyatçı olmaq ən böyük arzusu idi Nihadın... Elə son döyüşə də əsl kəşfiyyatçı qəhrəman kimi, hamıdan öndə yollanır. 27 sentyabr... Müharibənin başlandığı ilk gün... Azərbaycan ordusu cəbhəboyu bir neçə istiqamətdə əks-hücuma keçir. Nihad Seyidov da bu döyüşlərdə iştirak edir, müharibənin qalibiyyətlə bitməsində həlledici rol oynayan Nihad igidliyi ilə seçilir, döyüş yoldaşları ilə birgə ən çətin əməliyyatlarda iştirak edərək, əsl qəhrəmanlıq nümunəsi göstərir. Atası ilə telefon danışığı zamanı Nihadın dediyi sözlər qəhrəmanlıq salnaməsi yazan Azərbaycan oğullarının zəfər səsi, qalibiyyət nəğməsi kimi səslənir: - “Ata, halhazırda ələ keçirdiyimiz erməni tankı üzərində oturmuşam. Biz irəli gedirik. Yenilməz Azərbaycan əsgəri ilə fəxr edə bilərsiniz!” Vətən torpağının bötövlüyü uğrunda qorxmadan, mərdliklə vuruşan, hər zaman öndə gedərək döyüş tapşırığını yüksək səviyyədə yerinə yetirən Nihad son döyüşünə də eyni ruhda, əsl qəhrəman kimi yollanır. Oktyabr ayının 14-dən 15-nə keçən gecə düşmən snayperindən atılan atəş nəticəsində baş nahiyəsindən yaralanaraq şəhadətə qovuşur. Onunla bərabər, 8 qəhrəmanımız da həmin döyüş zamanı şəhid olur. Nihad şəhid olacağını sanki əvvəlcədən hiss etmişdi. İki il öncə anası ilə söhbəti zamanı - “Mən şəhid olacam, ana” deyərək onun ürəyinə xal salsa da, dastana çevrilən qəhrəmanlığı, igidliyi nəinki anasının, bütün Azərbaycan xalqının qəlbinə əbədi həkk olundu. Yurdunda, yerində şəfəqə döndün, Zirvəyə çevrildin, məşələ döndün. Qarabağ uğrunda sipərə döndün, Adın dodaqlarda gül açdı, Nihad! Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda qəhrəmanlıqla vuruşan bütün oğullarımız kimi, Nihad Seyidovun da adı xalqımız tərəfindən qürurla anılır, hörmətlə yad edilir. 2 noyabr tarixində cənazəsi Naxçıvana gətirilən şəhidlərimiz arasında Nihad Seyidov da var idi. Bütün Naxçıvan gəlmişdi qəhrəman oğullarını son mənzilə yola salmağa... Gözlərdə həm kədər, həm də böyük qürur hissi var idi... Minlərlə igid övladımızın qanı bahasına qazanılan şanlı qələbəmiz xalqımızın birlik və həmrəyliyini bütün dünyaya nümayiş etdirdi... Qəhrəmanlıqları ilə tarix yazan, düşmənin canlı qüvvəsi və döyüş texnikasının məhv edilməsində fədakarlıq, rəşadət göstərən, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirən rəşadətli oğullarımıza dövlətimiz tərəfindən də həssaslıqla yanaşılır. Onlar Prezident cənab İlham Əliyevin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncamına əsasən müxtəlif orden və medallarla təltif olundular. Belə qəhrəmanlarımız arasında leytenant Nihad Seyidovun da adı var. Qəhrəmanımız ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə” görə medalları ilə və fəxri diplomla təltif edildi. Vətənin müdafiəsi uğrunda canını fəda edən, arzuları, ümidləri yarımçıq qalan, xalqının xoşbəxt gələcəyi üçün həyatını qurban verən Nihad Seyidovun simasında bütün oğullarımızla qürur duyuruq! Onlar bizim yaddaşımıza əbədi həkk olan igidlərimiz, şücaətləri ilə tarix yazan ölməz qəhrəmanlarımızdır! Azərbaycan xalqı sizin əziz xatirənizi hər zaman yad edəcək, dillərə dastan olan həyat hekayələriniz qəhrəmanlıq tariximizin ən dəyərli nümunəsi kimi yaddaşlarda, dillərdə əbədi yaşayacaq!

Sahab ƏlİYEVA

AMEA Naxçıvan Bölməsi Elmi

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Şubat 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728