SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda 20 Yanvar şəhidləri bir dəqiqəlik sükutla yad edildi-FOTO

Naxçıvanda 20 Yanvar şəhidləri bir dəqiqəlik sükutla yad edildi-FOTO
20-01-2021, 12:00

Azərbaycan xalqının azadlıq, suverenlik və milli birlik üçün başlatdığı o tarixdən - 20 Yanvardan 31 il ötür. Qürur və qəhrəmanlıq tariximiz sayılan bu gün azadlıq yanğısı ilə əliyalın keçmiş sovet  qoşunlarının qarşısına çıxan yüzlərlə vətən övladı şəhid oldu.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, ölkəmizin hər yerində olduğu kimi muxtar respublikamızda da qəhrəman şəhidlərimizin müqəddəs xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Hüzn əlaməti olaraq dövlət bayraqları yarıyadək endirilib, sərnişinlərin, nəqliyyatın hərəkəti bir dəqiqəlik dayandırılıb, avtomobillərdən və qatarlardan səs siqnalları verilib.

Qeyd edək ki, tarixin bu günü günahsız 130-dan artıq dinc sakin şəhid olub, 744 nəfər yaralanıb. Bu günü qara yanvara çevirən keçmiş sovet birləşmələri, onların bu çirkin niyyətlərini icra edən ermənilər xalqımızın azadlıq amalını beşiyində boğmaq istəyirdilər. Ancaq gözünü qırpmadan ölümün üzərinə gedən bu günün qəhrəmanları Vətən uğrunda candan, qandan keçməyin müqəddəsliyini öyrətdi sonrakı nəsillərə. O gecə şəhidlik məqamına yüksələn insanların qanı bir tum misalı torpaqda göyərdi, yüzlər, minlər oldu. Şəhid olan oğulların arzularından, amallarından onların qisasını ala bilən mübariz, polad iradəli ərlər boy atdı.

Onlar bir tarix yazdı. Sonrakı nəsillər o tarixi söz-söz əzbərlədi. Əzbərə bildikləri Vətən dərsliyinin 44 günlük imtahanından üzü ağ çıxdılar, qalib ayrıldılar. 31 il sonra ilk dəfə bu xalq qalib kimi onların qarşına keçir, yad edir… Məkanınız cənnət olsun.

 

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Mart 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031