SON DƏQİQƏ

naxcivanxeberleri.com

Müəllimlərin işə qəbulu ilə bağlı keçirilən test imtahanları başa çatıb

Müəllimlərin işə qəbulu ilə bağlı keçirilən test imtahanları başa çatıb
13-01-2021, 11:30

Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən müəllimlərin işə qəbulu üçün 17 noyabr 2020-ci ildə elan edilmiş müsabiqənin test imtahanları başa çatıb.

Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin Mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,261 namizədin sənəd təqdim etdiyi müsabiqəyə 156 vakant vəzifə çıxarılıb.

Keçirilən müsabiqənin nəticələrinə görə imtahanlarda iştirak edən 248 namizəddən 136 nəfəri müvafiq keçid balını toplayıb. 13 nəfər isə imtahanlarda iştirak etməyib. İmtahan nəticələrinə əsasən ən yüksək göstəricilər ingilis dili, Azərbaycan dili, riyaziyyat, coğrafiya, fizika və ibtidai sinif müəllimliyi ixtisasları üzrə qeydə alınıb.

Müsabiqədə iştirak edənlərlə müvəffəqiyyət qazananların say nisbətində ən yüksək nəticələri isə Naxçıvan şəhəri (100 %), Culfa (77 %), Ordubad (63 %) və Babək (57 %) rayonlarından müraciət edən namizədlər göstərib.

“Naxçıvan Muxtar Respublikasında pedaqoji heyətin dövlət ümumi təhsil və peşə təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının aparılması qaydaları”na uyğun olaraq vakant vəzifənin tutulması üçün müraciət etmiş namizədlər arasında keçid balını yığmaqla ən yüksək bal toplamış şəxs müvafiq vəzifəyə təyin olunacaq. Stimullaşdırıcı tədbirlər tətbiq olunan müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 50 faizini (30 bal), digər müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 75 faizini (45 bal), habelə musiqi, texnologiya, təsviri incəsənət, fiziki tərbiyə fənləri üzrə işə qəbul, o cümlədən rus bölməsində işləmək üçün test tapşırıqlarının 40 faizini (24 bal) düzgün cavablandırmış namizədlər keçid balını toplamış hesab edilir.

Onu da qeyd edək ki, ali və orta ixtisas təhsilli namizəd tərəfindən eyni bal toplanıldıqda, ali təhsilli namizədə, keçid balını toplamış namizədlərin hamısı ali təhsilli və ya orta ixtisas təhsilli olduqda ixtisas fənni üzrə daha çox bal toplayan namizədə üstünlük verilir. İxtisas fənni üzrə toplanılan bal eyni olduqda pedaqoji stajı daha çox olan, pedaqoji staj eyni olduqda isə diplom göstəriciləri daha yaxşı olan namizədə üstünlük verilir.

Test imtahanları şəffaflıq əsasında elektron proqram təminatı vasitəsilə keçirilib. Test imtahanlarında obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanların videoçəkilişi aparılıb. İmtahanları bitdikdən dərhal sonra iştirakçılara test imtahanlarının nəticəsinə dair arayış təqdim edilib.

Test imtahanlarında namizədlər tibbi maskadan istifadə edib, sosial məsafə qorunub və digər sanitar-gigiyenik tələblərə əməl olunub.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşsi
NEKROLOQ

«    Ocak 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031