SON DƏQİQƏ

naxcivanxeberleri.com

Muxtar respublikada özünüməşğulluq proqramı uğurla davam etdirilir-FOTO

Muxtar respublikada özünüməşğulluq proqramı uğurla davam etdirilir-FOTO
8-01-2021, 16:28

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təsdiq edilmiş müvafiq Dövlət Proqramının icrasına uyğun olaraq xüsusi qayğıya ehtiyacı olan ailələrin sosial müdafiəsinin təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən zəruri tədbirlərin icrası davam etdirilir.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,özünüməşğulluq proqramı mühüm sosial əhəmiyyətə malikdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə həyata keçirilməsinə başlanılan proqramın icrası ilə əlaqədar dekabr ayında muxtar respublika üzrə, ümumilikdə 33 sosial qayğıya ehtiyacı olan ailə müəyyənləşdirilib və 21 nəfərin hər birinə 2 baş iribuynuzlu, 6 nəfərin hər birinə 20 baş xırdabuynuzlu mal-qara, 1 nəfərə 100 baş quş və quş yemi, 1 nəfərə qaynaqçı avadanlıqları və ləvazimatları, 4 nəfərə isə mini yerşumlayan aqreqat verilib. Özünüməşğulluğu təmin edilmiş şəxslərdən 1 nəfərini cəzaçəkmə müəssisəsindən azad olunan, 1 nəfərini şəhid ailəsi, 4 nəfərini isə gənclər təşkil edir. Bununla əlaqədar keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev muxtar respublikada sosial qayğıya ehtiyacı olan ailələrə göstərilən dövlət qayğısı, onların məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 29 mart 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası aztəminatlı ailələrin, cəzaçəkmə müəssisələrindən azad edilmiş, habelə sağlamlıq imkanları məhdud şəxslərin özünüməşğulluğunun təmin edilməsi istiqamətində sosial layihələrin icrasına əlverişli zəmin yaradıb. Nazir bildirib ki, özünüməşğulluğa cəlb olunmuş ailələrin təsərrüfatlarında qısa müddət ərzində artımlar olub, bu da həmin ailələrin sosial rifah halının yaxşılaşmasına müsbət təsir edib. Sonda Nicat Babayev sosial qayğıya ehtiyacı olan şəxslər adından göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə minnətdarlığını bildirib. Daha sonra çıxış edənlər - Nazirlik yanında Dövlət Məşğulluq Agentliyinin direktoru Vüsal Süleymanlı və Ordubad rayon Məşğulluq Mərkəzinin direktoru Telman Həsənov özünüməşğulluq proqramının icrasının əhəmiyyətindən danışıb, ötən dövr ərzində əldə olunmuş nəticələr haqqında məlumat veriblər. Proqrama cəlb edilmiş sakinlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Əlavə edək ki, verilmiş aktivlərdən səmərəli şəkildə istifadə olunmasının stimullaşdırılması məqsədilə ötən dövr ərzində təsərrüfatlarını nümunəvi şəkildə inkişaf etdirən Babək rayon Nehrəm qəsəbə sakini Vilayət Fərəcova və Sədərək rayon Sədərək kənd sakini Zülfiyyə Kazımovaya otdoğrayan aqreqat verilib. Nazirlik tərəfindən bu kimi həvəsləndirici tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub.

 

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşsi
NEKROLOQ

«    Ocak 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031