17:32 - Azərbaycanda 650 nəfər COVID-19-dan sağalıb, 402 nəfər yoluxub, 15 nəfər vəfat edib
17:21 - İlham Əliyevlə Ərdoğan arasında telefon danışığı olub
16:55 - Bu gün Bakıda 554 küçə dezinfeksiya edilib
16:33 - Həbib Nurməhəmmədov bu gün karyerasını bərpa etdiyini açıqlayacaq
16:15 - Ağdam rayonunun Şelli kəndi-VİDEO
16:05 - “Azərlotereya” Türkiyənin “YMT Sans B.V.” şirkətinə müqavilə əsasında idarəetməyə verilib - SƏRƏNCAM
16:01 - “Kamaz” helikopterlə toqquşub
15:50 - Çində 5 gün ərzində xəstəxana tikilib
15:19 - Qran-priyə qatılacaq Azərbaycanın yunan-Roma güləşçiləri dəqiqləşib
14:46 - Moskva hava limanlarında onlarla reys təxirə salınıb
14:22 - Şuşa şəhəri elektrik enerjisi ilə təchiz edilib
14:08 - MN: Vətən müharibəsindən qayıdan şəxslərin 1 700-dən çox müraciətinə baxılıb
13:57 - Füzuli rayonunun Mirzəcamallı kəndi -VİDEO
13:44 - Donald Trampın sosial şəbəkə səhifələri açıldı
13:26 - Sabahın hava proqnozu açıqlanıb
Suqovuşanda elektrik stansiyaları gələn il istismara veriləcək-VİDEO
Tərtər rayonunun Suqovuşan qəsəbəsində yerləşən ümumi gücü 7,8 Meqavat olan “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik Stansiyalarından (KSES) birinin gücü 4,8, digərinin gücü isə 3 meqavatdır.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə “Azərenerji” ASC-nin yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, erməni qəsbkarları bir çox sahələrdə olduğu kimi, bu KSES-lərə də zərər vurmağa, yararlı ehtiyat hissələrini söküb daşımağa, apara bilmədiklərini dağıtmağa macal tapsalar da, onların təmir və bərpa edilməsi mümkünsüz deyil:
"İşğaldan azad edilən Suqovuşandakı su elektrik stansiyalarının maşın zalı, aqreqatları, generatorları, o cümlədən idarəetmə mərkəzinin binası, panellər, avadanlıqlar, yarımstansiyasının gərginlik və cərəyan transformatorları, açarlar, ayrıclar zədələnib və ya sıradan çıxıb. Hazırda KSES-lərə dəymiş ziyan hesablanıb və bərpa edilməsi üçün layihələndirmə işləri həyata keçirilib. Layihəyə əsasən işlər 3 ay müddətində həyata keçirilərək elektrik stansiyaları istismara veriləcək".