23:15 - Türkiyə AVRO-2021-də iştirak hüququ qazanıb
21:34 - Azərbaycanda COVID-19 əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası təsdiq edilib
21:19 - Britaniyada son sutkada koronavirusdan 1295 nəfər ölüb
20:14 - “20 Yanvar - Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir” devizi altında yoldaşlıq görüşü keçirilib
18:34 - Türkiyənin vitse-prezidenti peyvənd olundu
17:32 - Azərbaycanda 650 nəfər COVID-19-dan sağalıb, 402 nəfər yoluxub, 15 nəfər vəfat edib
17:21 - İlham Əliyevlə Ərdoğan arasında telefon danışığı olub
16:55 - Bu gün Bakıda 554 küçə dezinfeksiya edilib
16:33 - Həbib Nurməhəmmədov bu gün karyerasını bərpa etdiyini açıqlayacaq
16:15 - Ağdam rayonunun Şelli kəndi-VİDEO
16:05 - “Azərlotereya” Türkiyənin “YMT Sans B.V.” şirkətinə müqavilə əsasında idarəetməyə verilib - SƏRƏNCAM
16:01 - “Kamaz” helikopterlə toqquşub
15:50 - Çində 5 gün ərzində xəstəxana tikilib
15:19 - Qran-priyə qatılacaq Azərbaycanın yunan-Roma güləşçiləri dəqiqləşib
Muzey günləri” çərçivəsində Naxçıvan Dövlət Universitetinin kollektivi Naxçıvan Duz Muzeyində olublar
Muzey günləri” çərçivəsində Naxçıvan Dövlət Universitetinin kollektivi Naxçıvan Duz Muzeyində olublar.
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, ziyarətçilərə məlumat verilib ki, muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 12 sentyabr tarixli Sərəncamına əsasən yaradılıb. Sərəncamda qeyd olunur ki, Naxçıvanın Nuh peyğəmbərlə bağlılığı hələ qədim dövrlərdən diqqəti cəlb edib, yunan alimi Klavdi Ptolomey bizim eranın ikinci əsrində ilk dəfə olaraq Naxçıvanı Nuh peyğəmbərin məskəni kimi xatırladıb, XVI əsrin görkəmli ərəb alimi, coğrafiyaşünas Əl-Şərifi Nuh peyğəmbərin qəbrinin, hətta gəmisinin də qalıqlarının Naxçıvanda olması barədə məlumatlar da öz əksini tapıb. Bildirilib ki, Naxçıvan Duzdağının tarixi əhəmiyyəti nəzərə alınaraq bu ərazidə arxeoloji tədqiqatlar aparılıb, müxtəlif dövrlərə aid daş alətlərlə yanaşı, Eneolit və İlk Tunc dövrlərinə aid keramika məmulatları aşkar olunub və həmin ərazidə Eneolit dövründən başlayaraq duz mədənçiliyinin əsası qoyulub. Bu isə 5 min illik Naxçıvan şəhər mədəniyyətinin formalaşmasına güclü təsir göstərib. Aparılan tədqiqatların davamı olaraq “Uluslararası qaynaqlarda Naxçıvan”, “Nuh peyğəmbər: dünya tufanı və Naxçıvan”, “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi”, “Naxçıvan: ilkin şəhər və Duzdağ” mövzularında keçirilən beynəlxalq elmi simpozium və konfranslarda Naxçıvanda Duzdağ mədəniyyəti bir daha elmi əsaslarla təsdiqini tapıb, xarici mütəxəssislərin də iştirakı ilə Naxçıvan Duzdağı haqqında elmi materiallar hazırlanıb, kitablar nəşr olunub.
Diqqətə çatdırılıb ki, belə bir muzeyin yaradılması Naxçıvanı nəinki Cənubi Qafqazda, ümumilikdə, postsovet məkanında nadir ünvanlardan birinə çevrilməsində əhəmiyyətli rol oynayır. Naxçıvan Duz Muzeyinin yaradılması həm də Naxçıvanın təbliği baxımından önəmlidir.
Sonda universitetin Memarlıq və mühəndislik fakültəsinin müəllimi İsmayıl İsmayıllı duzdan hazırladığı əl işini muzeyə hədiyyə edib.