SON DƏQQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisasının tələbələri ilə görüş keçirilib-FOTO

Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisasının tələbələri ilə görüş keçirilib-FOTO
27-11-2020, 15:30

“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli Sərəncamının icrasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisasının tələbələri üçün bugünədək müxtəlif sahələrdə praktiki biliklər əldə etmələri və ixtisaslarına yüksək səviyyədə yiyələnmələri üçün bir sıra işlər görülmüşdür. Sözügedən Sərəncamdan irəli gələn vəzifələrin icrası məqsədilə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşları tərəfindən 27 noyabr 2020-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisasının tələbələri ilə növbəti görüş keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,tədbiri giriş sözü ilə açan Naxçıvan Dövlət Universitetin əməkdaşı Rauf Rəhimov çıxış edərək qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamını imzalamış və sözügedən Sərəncamla bir çox ixtisas muxtar respublikanın dövlət orqanlarına hamiliyə verilib. Bu Sərəncam ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan tələbələrin təcrübə qazanmaları, onların bacarıqlı mütəxəssis kimi yetişmələri baxımından atılan mühüm addımdır. Müasir dünyada hər bir sahədə inkişafın əsas hərəkətverici qüvvəsi ixtisaslı kadrlar hesab olunur. İxtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi yüksəkixtisaslı kadr hazırlığına böyük töhfə verir.

Sonra Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşları Türkan Gülməmmədli “Dövlət qulluğuna qəbul qaydaları” və Zaman Bağırov “Azərbaycan Respublikasının Konstitusiyası dövlət qulluğuna dair qanunvericiliyin təməlidir” mövzularında hazırladığı slaydlar vasitəsilə geniş məlumat vermişdir.

Tədbirin sonunda tələbələri maraqlandıran suallar Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşları tərəfindən cavablandırılmışdır.

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031