11:30 - Regionda yolların açılması Yerevanın xeyrinə olacaq - Ermənistan baş nazirinin müavini
11:19 - Xınalıq yolu buz bağladı
11:11 - Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması ilə bağlı iclas keçiriləcək
11:00 - Azərbaycan neftinin qiyməti 57 dollara yaxınlaşıb
10:30 - Azərbaycanda propilen və polietilen istehsalı ötən il artıb
10:21 - Bu gündən şagirdlərin məktəbdaxili qiymətləndirilməsinə başlanılıb
10:10 - Qanunsuz ov edən və ov məhsullarını satan şəxslər cəzalandırılıb
10:00 - Keçən il Azərbaycanda bu xəstəliklər qeydə alınmayıb
09:48 - Ötən il Azərbaycanda 3 500 kq-dən çox qızıl istehsal edilib
09:41 - Bakıya ilk qar yağdı
09:30 - Yanvarın 21-də xarici valyutaların manata qarşı məzənnələri
09:09 - Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə ticarət dövriyyəsi artıb - Statistika
09:00 - Ceyhun Bayramovun Türkmənistana səfəri başlayıb
00:30 - Günün qoroskopu
Vətən müharibəsində döyüşən hərbiçilərimiz Naxçıvana qayıdıb- FOTOREPORTAJ
Əlahiddə Ümumqoşun Ordunun Vətən müharibəsində iştirak edən və döyüş tapşırıqlarını uğurla yerinə yetirən hərbi qulluqçularının bir qrupu Naxçıvana geri qayıdıb.
NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, şərəfli döyüş yolu keçən qəhrəman Vətən oğullarını Sədərək gömrük-keçid məntəqəsindən etibarən yüzlərlə sakin izdihamlı şəkildə müşayiət edib, yolboyu üçrəngli bayrağımız dalğalandırılıb, Azərbaycanın ərazi bütövlüyü, qəhrəman döyüşçülərimizin şücaəti ilə bağlı şüarlar səsləndirilib.
Qeyd edək ki, sentyabrın 27-dən başlayaraq noyabrın 10-dək davam edən, müzəffər ordumuzun Qələbəsi ilə nəticələnən Azərbaycan Vətən müharibəsində Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları da fəal iştirak edib, döyüşlərdə göstərdikləri böyük şücaət və qəhrəmanlıqları ilə seçiliblər.
NAXCİVANXEBERLERİ.COM həmin görüntüləri təqdim edir.
FOTO: Şahin Məmmədov