SON DƏQQƏ

naxcivanxeberleri.com

20 noyabr – Ümumdünya Uşaq Günüdür!

20 noyabr – Ümumdünya Uşaq Günüdür!
20-11-2020, 11:23

Uşaq ailənin, xalqın, dövlətin ən qiymətli sərvətidir. Bu qiymətli sərvəti fiziki və mənəvi cəhətdən sağlam, cəmiyyətə faydalı vətəndaş, Vətənə sadiq övlad kimi böyütmək çətin və məsuliyyətli olduğu qədər də şərəflidir. Heydər Əliyev 20 noyabr-Ümumdünya Uşaq Hüquqları Günü dünyanın əksər ölkələrində, eləcə də Azərbaycan Respublikasında qeyd olunur. Uşaq hüquqları - insan hüquqları anlayışının bir hissəsi kimi bütün uşaqların doğulduqları gündən qanunla sahib olduqları təhsil, sağlamlıq, sığınma, fiziki, psixoloji və ya cinsi istismara qarşı qorunma kimi hüquqlarının təyinində istifadə edilən universal anlayışdır. Uşaqların fərqli fiziki, fizioloji, davranış və xüsusiyyətləri olduğu, davamlı böyümə və inkişaf göstərdiyi, hərtərəfli yetişməsinin bir cəmiyyət problemi olduğu və elmi yanaşmalarla hər kəsin bu məsuliyyəti yüklənməsinin vacibliyi nəzərə alınaraq 1959-cu ildə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi “Uşaq Hüquqları Bəyannaməsini” qəbul etdi. Lakin bu bəyannamənin hüquqi qüvvəsi və nəzarət mexanizmi yox idi. Bu sənəd dövlətlərin üzərinə məsuliyyət və öhdəlik qoymurdu. Uşaqların hüquqlarını qorumağa dair ən mükəmməl beynəlxalq sənəd 1989-cu il noyabrın 20 BMT tərəfindən qəbul edilmiş Uşaq Hüquqları Konvensiyası oldu. 20 noyabr 1989-cu ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 54 maddədən ibarət “Uşaq Hüquqları Haqqında Konvensiya” qəbul edilmişdir. Azərbaycanda uşaqlarla bağlı siyasətin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Uşaqların keyfiyyətli təhsil almaları, yüksək dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilmələri, hərtərəfli qayğı ilə əhatə olunmaları, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda ulu öndərimiz Heydər Əliyevin ənənələrindən irəli gələn başlıca prinsiplərindəndir. Ulu öndərin təşəbbüsü ilə bir sıra beynəlxalq konvensiya və protokollar ratifikasiya edilərək qüvvəyə minmişdir. Belə ki, ölkəmiz 21 iyul 1992-ci ildə uşaqların yaşaması, inkişafı üçün zəruri olan mühüm standartların müəyyən edilməsi və hüquqlarının qorunması məqsədilə Uşaq Hüquqları Konvensiyasına qoşulmuşdur. Həmçinin Azərbaycan Respublikasının Konstitusiyasında da uşaqların hüquq və mənafelərinin müdafiəsi ilə bağlı müvafiq normalar təsbit edilmiş və uşaq hüquqlarının həyata keçirilməsinə dövlətin nəzarət etdiyi öz əksini tapmışdır. Konvensiya uşaqların əsas hüquqlarını təmin edərək bütün vətəndaşları uşaqların sağlam, təhlükəsiz və produktiv gələcəyi üçün çalışmağa çağırır. Cəmiyyətdə davranış qaydalarına əməl etmək, Azərbaycan Respublikasının dövlət rəmzlərinə bələd olmaq, biliklərə yiyələnmək, özünü faydalı fəaliyyətə hazırlamaq, valideynlərə, digər vətəndaşların hüquq və mənafelərinə, öz xalqının və başqa xalqların ənənələrinə və mədəni sərvətlərinə hörmətlə yanaşmaq, tarix və mədəniyyət abidələrini, ətraf mühiti qorumaq və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək uşağın borcudur. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci il 19 may tarixdə Azərbaycan Respublikasının Uşaq Hüquqları haqqında Qanunu qəbul edilmişdir. Bu qanun Azərbaycan Respublikasının Konstitusiyasına, Uşaq Hüquqları Bəyannaməsinə, Uşaq Hüquqlarına dair Konvensiyaya və digər beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikasında uşaqların hüquqlarının və azadlıqlarının, uşaqlar barəsində dövlət siyasətinin əsas prinsiplərini, onların müdafiəsi sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki şəxslərin vəzifələrini müəyyən edir. Bundan başqa 1999-cu il 22 iyun tarixdə “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanun bu qəbildən olan uşaqların sosial müdafiəsi üzrə dövlət təminatının məzmununu, tədbirlərini müəyyən edir, həmin təminatın verilməsi və həyata keçirilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir. Bu gün ulu öndərin siyasi kursu ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, 2004-cü il 13 yanvar tarixdə “Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair Konvensiyaya qoşulma barəsində”, 2005-ci il 24 may tarixdə “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikasının qanunları qəbul edilmişdir ki, bu sahədə dövlət uşaq siyasətinin hüquqi əsasları formalaşdırılmış, zəngin qanunvericilik bazası yaradılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2009-cu ilin “Uşaq ili” elan edilməsi uşaqların vəziyyətinin yaxşılaşdırılması, uşaq hüquqlarının müdafiəsinin gücləndirilməsi baxımından yeni bir mərhələ açdı. “Uşaqların cinsi istismarı və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 22 oktyabr tarixli Qanununun da imzalanması bu istiqamətdə görülən işlərdəndir. Həmçinin uşaq hüquqlarının müdafiəsi uşaqların normal formalaşmasına, sağlam böyüməsinə yönələn bir çox dövlət proqramları qəbul edilərək onların həyata keçirilməsi məqsədi ilə tədbirlər planı müəyyənləşdirilmişdir. Hər bir dövlət proqramı uşaqların hüquq və maraqlarının müdafiəsi, vahid dövlət uşaq siyasətinin formalaşması, tənzimlənməsi və həyata keçirilməsi, uşaqların fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsinin təmin olunması sahəsində milli konsepsiyanı inkişaf etdirməyə yönəlmişdir. Ölkəmizdə uşaqların sağlamlıqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 iyun tarixli Sərəncamı ilə “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmiş, “Uşaqların icbarı dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur. Eyni zamanda, tərəflərin nikahdan əvvəl məcburi tibbi müayinədən keçməsi ilə bağlı Ailə Məcəlləsinə edilən dəyişiklik ailələrimizin sağlam olmasına xidmət etməklə yanaşı, sağlam uşaqların dünyaya gəlməsinə, gələcək nəslin sağlamlığına xidmət edir. Naxçıvan Muxtar Respublikasında da uşaqlar dövlət qayğısı ilə təmin edilir, onların təhsili, sağlamlıqlarının qorunması, istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtının və tərbiyəsinin düzgün təşkili, cəmiyyətin ictimai-mədəni həyatındakı iştiraklarını təmin etmək məqsədilə mühüm tədbirlər həyata keçirilir. Bu gün muxtar respublika əhalisinin 35 faizi və ya 164 min 898 nəfəri uşaqlardır. Muxtar respublikada uşaqların yaxşı təhsil almaları, layiqli vətəndaş kimi formalaşmaları istiqamətində bir çox işlər görülür, müasir avadanlıqlarla təchiz olunmuş yeni-yeni məktəb binaları tikilərək istifadəyə verilir. Eyni zamanda uşaqların təhsilləri ilə yanaşı, asudə vaxtlarının da səmərəli təşkili, fiziki cəhətdən sağlam böyüməsi də diqqət mərkəzində saxlanılır. Bunun üçün muxtar respublikada müasir standartlara uyğun olimpiya idman kompleksləri, üzgüçülük və şahmat mərkəzləri, uşaq-gənclər şahmat məktəbləri, uşaq-gənclər idman məktəbləri, stadionlar, peyntbol meydançası, ümumtəhsil məktəblərində müasir idman zalları istifadəyə verilmişdir. Bütün bu yaradılan şərait istedadlı uşaq, yeniyetmə və gənclərin təhsil, mədəniyyət, idman və digər sahələrdə uğurlar qazanmalarına zəmin yaratmışdır. Həmçinin xüsusi qayğıya ehtiyacı olan uşaqlara, habelə aztəminatlı, çoxuşaqlı ailələrindən olan uşaqlara dövlət qayğısının göstərilməsinə xüsusi önəm verilir. Uşaqların digər hüquqları ilə yanaşı, sağlamlıqlarının qorunması istiqamətində də bir sıra işlər görülmüş, mühüm addımlar atılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın qəbul olunması bu sahədə atılan mühüm addımlardan biridir. Görülən işlərin nəticəsidir ki, ildən-ilə sağlamlıq imkanı məhdud olan uşaqların sayı azalmış, uşaq ölümü halları minumuma endirilmişdir. Sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası, onların təhsili, reabilitasiyası da səmərəli təşkil edilir. Belə ki, bu məqsədlə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” qəbul edilmişdir. Cari ildə Proqramın icrası ilə bağlı 520 sağlamlıq imkanları məhdud olan uşaqların valideynləri ilə əlaqə yaradılmış və onlarla geniş maarifləndirici söhbət aparılmışdır. Potensiallarına uyğun olaraq 54 uşaq məktəbəqədər, məktəb, məktəbdənkənar təlim-tərbiyə və müalicə reabilitasiya müəssisələrinə cəlb olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli Fərmanına uyğun olaraq “Gənc istedadların “Qızıl kitabı”nın yaradılması, 11 istedadlı uşağın adının bu kitaba yazılması və onlara xüsusi təqaüdlərin verilməsi istedadlı uşaqlara göstərilən qayğının daha bir ifadəsidir. Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 24 may tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası” təsdiq edilmiş, uşaq hüquqlarının müdafiəsi üçün dövlət qurumları arasında koordinasiya və nəzarət sistemi təkmilləşdirilmiş, monitorinq qrupu yaradılmışdır. Uşaqların qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərinin qorunması, uşaq hüquqlarının təmin edilməsi üçün əlverişli mühitin yaradılması və uşaq hüquqlarının pozulması hallarının qarşısının alınması məqsədilə cari ildə 3 uşaq müəssisəsində monitorinqlər aparılmışdır. “Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası”na uyğun olaraq Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı təşkil edilmiş, 32 min uşaq haqqında fərdi məlumatlar banka daxil edilmişdir. Muxtar respublikada valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar da hər zaman diqqət mərkəzində saxlanılır, onlara qayğı ilə yanaşılır. Bayram və əlamətdar günlərdə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, qaçqın və məcburi köçkün, sağlamlıq imkanı məhdud, şəhid və aztəminatlı ailələrdən olan uşaqlara hədiyyələrlə sevindirilir, onlara bayram sovqatları verilir. Həmçinin cari ildə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən sosial qayğıya ehtiyacı olan 94 uşaq məktəbli paltarı və dərs ləvazimatları, 86 uşaq isə qış geyimi ilə təmin edilmişdir. Muxtar respublikada qazanılan hərtərəfli uğurlar sırasında ailələrimizin davamı, dövlətimizin gələcəyi olan uşaqlarla bağlı gerçəkləşdirilən davamlı siyasətin ürəkaçan, sevincli nəticələri də diqqətçəkəndir. Belə ki, muxtar respublikada dövlət uşaq müəssisələrində valideynləri tərəfindən tərk edilmiş, məktəbdən yayınan, cinayət məsuliyyətinə cəlb olunmuş uşaq yoxdur. Bu da onu göstərir ki, ölkəmizdə eləcə də, muxtar respublikamızda uşaqlara göstərilən dövlət qayğısının nəticəsində uşaqlar layiqli vətəndaş kimi böyüyür, vətəninə sadiq vətənpərvər övladlar kimi yetişirlər. Uşaqlara qayğı, onların hüquqlarının qorunması istiqamətində hər birimiz uşaqların hərtərəfli böyüdülməsi üçün səy göstərməli, əlimizdən gələni əsirgəməməliyik. Ölkəmizin gələcəyi olan uşaqlar çox xoşbəxtdir. Ona görə ki, güclü ordumuz və ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın düşmən tapdağından azad olunmasının canlı şahidi oldular, ölkə tarixinə qızıl hərflərlə yazılan möhtəşəm qələbə sevincini yaşadılar. Böyük qələbənin səbəbkarları, ürəklərində vətən sevgisi, parlaq gələcək və işıqlı sabaha doğru gedən yolun qəhrəmanları gənc nəslə əsl vətənpərvərlik nümunəsi oldu. Qoy zəfər həmişə bizimlə olsun!

Müşərrəf BAĞIROVA

Naxçıvan Muxtar Respublikasının Ailə,

Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının əməkdaşı 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Kasım 2020    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30