SON DƏQQƏ

naxcivanxeberleri.com

Naxçıvanda Mustafa Kamal Atatürkün abidəsi ziyarət edilib-FOTO

Naxçıvanda Mustafa Kamal Atatürkün abidəsi ziyarət edilib-FOTO
29-10-2020, 23:03

Böyük öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycan-Türkiyə bir millət, iki dövlətdir” kəlamlarına əsaslanan Azərbaycan-Türkiyə əlaqələri sarsılmaz qardaşlıq münasibətləridir. Bu gün ölkələrimiz arasındakı əlaqələrin inkişafında Naxçıvan Muxtar Respublikasının mühüm yeri vardır.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin yaranmasının 97-ci ildönümü münasibətilə Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün Naxçıvan şəhərində ucaldılan abidəsi ziyarət olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynli və aparatın Xarici Əlaqələr üzrə baş məsləhətçisi Beyrək Cəfərov, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi Vüsal Ələkbərli Mustafa Kamal Atatürkün abidəsinə əklil qoyub, Türkiyə dövlətinin qurucusunun xatirəsini ehtiramla yad ediblər.

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031