SON DƏQQƏ

naxcivanxeberleri.com

“Yeşil İğdır” qəzetinin binasında Türkiyə və Azərbaycan bayraqları dalğalanır

“Yeşil İğdır” qəzetinin binasında Türkiyə və Azərbaycan bayraqları dalğalanır
29-10-2020, 19:37

“Yeşil İğdır” qəzetinin binasında Türkiyə və Azərbaycan bayraqları dalğalanır.

“Yeşil İğdır” qəzetinin yerləşdiyi inzibati binaya Türkiyə Cümhuriyyətinin yaranmasının 97-ci ildönümü münasibətilə iş adamı Abdin Öztürk tərəfindən 96 kvadratmetrlik Türkiyə və Azərbaycan bayraqları asılıb.

NAXCİVANXEBERLERİ.COM-un verdiyi məlumata görə, tədbirdə iştirak edən “Yeşil İğdır” qəzetinin baş readaktoru Cabbar Şıktaş bildirib ki, bu gün İğdırda ən böyük Türkiyə və Azərbaycan bayraqlarını buraya asmaqdan qürur duyuruq. İki dövlət bir millət sevgisindən doğan hisslərlə Türkiyə və Azərbaycan bayraqları ilə həm Cümhuriyyət bayramımızı qeyd edir, həm də ermənilərin Azərbaycana və mülki əhaliyə qarşı təcavüzkar hücumlarına cavab olaraq Azərbaycanın yanında olduğumuzu bildiririk. Ermənilər bilməlidirlər ki, Qarabağ tam azad olunduqda bu bayraqlar orada dalğalanacaq.

Qeyd edək ki, qardaş Türkiyənin İğdır şəhəri də daxil olmaqla digər bütün şəhərlərində Türkiyə və Azərbaycan bayraqları Azərbaycanın vətən müharibəsinə dəstək məqsədilə asılıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031