21:30 - Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi çempion olub
20:56 - Monitorinqlər davam etdirilir
20:20 - Naxçıvan Dövlət Universitetində tələbələrlə maarifləndirici görüş keçirilib
19:46 - Türkiyənin xarici ticarət dövriyyəsi 248 milyard dolları ötüb
18:47 - Ərdoğan Putin və Zelenski ilə telefonla danışacaq
18:02 - Aşıq Ələsgərin heykəlinin hazırlanması üçün müsabiqə başa çatıb
17:35 - Vladimir Solovyov: “Öz adımdan Azərbaycandan üzr istəyirəm”
17:17 - Ukrayna azad etdiyi İlan adasına qoşun yerləşdirməyə hazırlaşır
17:02 - Gənclər üçün ödənişsiz ilk yardım təlimləri başa çatıb-FOTO
16:45 - Qazlı içkilərin insan orqanizminə təsiri
16:12 - Dəniz nəqliyyatı işçiləri təltif edilib - SİYAHI, SƏRƏNCAM
16:07 - “Nağdsız hesablaşmalar haqqında” qanunun əhatə dairəsi genişləndirilib
İşğaldan azad olunan sərhəd zastavalarımız üzərində dövlət bayrağımız ucaldılıb
Azərbaycan-İran dövlət sərhədinin Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olan 132 km-lik hissəsinin azad edilməsinə başlanılması Azərbaycan sərhədçiləri tərəfindən böyük sevinc və ruh yüksəkliyi ilə qarşılanıb.
Dövlət Sərhəd Xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisindəki “Çaxırlı” və “Mahmudlu” sərhəd zastavaları üzərində 16 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Respublikasının dövlət bayrağı ucaldılmış və bu sərhəd zastavalarının xidməti-döyüş fəaliyyətinə başlaması münasibətilə təntənəli mərasim təşkil edilmişdir.
Mərasimdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında Ermənistan Silahlı Qüvvələrinin əzəli Azərbaycan torpaqlarından qovulması üzrə döyüş əməliyyatlarında Azərbaycan sərhədçilərinin də şərəflə iştirak etməsi və Silahlı Qüvvələrin digər növləri ilə birlikdə düşmənə sarsıdıcı zərbələr endirməsi xüsusi qeyd edilib.
Dövlət sərhəd xəttində xidmət aparan hər bir sərhədçi zabitin, gizirin, çavuşun və əsgərin də düşmənə qarşı döyüş tapşırıqlarını yerinə yetirməyə hazır olmaları vurğulanmış, şəxsi heyətin döyüş ruhunun son dərəcə yüksək olması, hərbi qulluqçulardan döyüş bölgəsinə göndərilmə barədə çoxsaylı müraciətlərin daxil olması bildirilib.
1993-cü ilin oktyabr ayında Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş və 27 ildən sonra azad edilmiş həmin ərazidə dövlət sərhədinin mühafizəsi Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin şəxsi heyəti tərəfindən təşkil olunub.
Yaxın müddətdə işğaldan azad ediləcək digər sərhəd zastavalarında sərhəd mühafizə tədbirlərinin həyata keçirilməsinə hazırlıq tədbirləri davam etdirilir.
« Temmuz 2022 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Çr | Pr | Cu | Ct | Pz |
1 | 2 | 3 | ||||
4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |