SON DƏQQƏ

naxcivanxeberleri.com

Naxçıvanda “Arıçılıq Məhsulları-bal festivalı” keçiriləcək

Naxçıvanda “Arıçılıq Məhsulları-bal festivalı” keçiriləcək
23-09-2020, 11:19

Naxçıvan şəhərindəki “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Arıçılıq məhsulları - bal festivalı” keçiriləcək.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,festival sentyabrın 26-ı və 27-i “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçiriləcək.

Festivalda muxtar respublikanın müxtəlif rayonlarından olan arıçı-sahibkarlar öz təsərrüfatlarının məhsullarını sərgiləyəcək və satacaqlar. Həmçinin tədbirdə incəsənət ustalarının ifa edəcəyi bir-birindən gözəl musiqi nömrələri, arıçılıq məhsullarının nümayiş olunduğu dekorasiyalı stendlər qonaqlara təqdim olunacaq.

Festivalda ən yaxşı arıçılıq məhsulları bal nominasiyası üzrə müsabiqə  təşkil ediləcək və qaliblərə diplomlar təqdim olunacaq.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031