SON DƏQQƏ

naxcivanxeberleri.com

“Ən yaxşı könüllü komanda kuboku” uğrunda yarış keçirilib-FOTO

“Ən yaxşı könüllü komanda kuboku” uğrunda yarış keçirilib-FOTO
23-09-2020, 10:29

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasında Gənclər Fonduna müxtəlif layihələr çərçivəsində gənclərin asudə vaxtlarının səmərəli təşkili, muxtar respublikada könüllülük fəaliyyətini geniş təşviq etmək, Naxçıvan könüllüləri barədə elektron informasiya sistemi və məlumat bankı yaratmaq tapşırılmışdır.

 

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bununla əlaqədar olaraq Gənclər Fondu müxtəlif könüllülük layihələri reallaşdırır, il ərzində müxtəlif qurumlarda könüllü kimi təmsil olunan Naxçıvan könüllülərinin şəxsi inkişafı və asudə vaxtlarının mənalı təşkil olunması istiqamətində bir sıra tədbirlər həyata keçirir.

Növbəti belə tədbir muxtar respublikada fəaliyyət göstərən könüllülər arasında “Ən yaxşı könüllü komanda kuboku” uğrunda əyləncəli-etnoqrafik kvest yarışması olub.

Yarışmanın məqsədi könüllülərə çeviklik, məntiq, koordinasiya və komandada işləmək bacarıqlarını aşılamaq, kvest yarışları üzrə ən yaxşı könüllü komandanı müəyyən etmək, könüllülərin asudə vaxtlarının mənalı təşkili və könüllülük fəaliyyətinin daha geniş təbliğindən ibarət olmuşdur.

Kvest yarışmasında Gənclər Fondu, Gənclər və İdman Nazirliyi, sədərək, şahbuz, sosial, ekologiya, turizm könüllülərdən təşkil olunmuş 8 komanda mübarizə aparıb.

6 mərhələdən ibarət yarışmada könüllülərdən təşkil olunmuş 8 komanda fiziki, məntiq, bilik və bacarıq mübarizəsinə qatılıb, mürəkkəb tapşırıqlarda güc və dözümlülüklərini sınağa çəkiblər.

Baş döndürən zərbə”, “Top yolu”, “Emoji”, “Undan çıxart”, “Təxmin etadı ilə keçirilən mərhələlərdə ən uğurlu nəticə göstərən 4 komanda (Gənclər Fondu könüllüləri, Gənclər Fondu könüllüləri 2, Şahbuz və Sədərək könüllüləri) final oyunu olan – “Doldur qazan” mərhələsində qarşı-qarşıya gəliblər. Bu mərhələdə 4 komandanın hər birinin bütün üzvləri yarışıb. Bütün komandalar eyni vaxtda oyuna başlayıblar. Əvvəlcə hakimin start fitindən sonra komanda üzvləri özlərinin müəyyənləşdirdikləri sıra ilə ardıcıl olaraq, 3 halqanı təyin olunmuş fiqurdan keçirib, yaradılmış maneələrin öhdəsindən gələrək oyunun son mərhələsinə keçid alıblar. Oyunun son mərhələsində komanda üzvləri ardıcıl olaraq, verilmiş vedrə ilə öz komandalarının çəlləklərinə su daşıyıblar. 30 dəqiqənin tamamında çəlləyinə ən çox su daşımış komanda KVESTİN qalibi elan edilib.

 

Sonda yarışmanın mükafatlandırma mərasimi keçirilib. “Ən Yaxşı Könüllü Komanda Kuboku” və 200 manat dəyərində hədiyyə kuponu birinci yerin qalibi olmuş – Gənclər Fondu  könüllüləri 2 komandasına təqdim olunub.

II yerə çıxmış Gənclər Fondu könüllüləri komandasına 100 manat dəyərində hədiyyə kuponu, III yeri tutmuş Sədərək könüllüləri komandası isə 50 manat dəyərində hədiyyə kuponu ilə mükafatlandırılıblar.

Sonda kvest iştirakçıları xatirə fotosu çəkdiriblər.

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031