SON DƏQQƏ

naxcivanxeberleri.com

Naxçıvanda sosial qayğıya ehtiyacı olan  ailələrlə görüşlər davam edir

Naxçıvanda sosial qayğıya ehtiyacı olan  ailələrlə görüşlər davam edir
22-09-2020, 16:50

Muxtar respublikada sosial qayğıya ehtiyacı olan ailələrə, göstərilən xidmətlərin həcmi və keyfiyyəti yüksəlir, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində, muxtar respublikanın şəhər və rayonlarında aztəminatlı ailələrlə görüşlər keçirilir, onlara ehtiyaclarına uyğun ərzaq yardımları göstərilir.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, növbəti belə tədbir Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhəri və Şərur rayonunda baş tutub.

Naxçıvan şəhərindən İsmayılovlar, Şərur rayon Dərvişlər kəndindən isə Abdullayevlər ailəsi ilə keçirilən görüşlərdə nazirlik və komitə əməkdaşları sakinlərin qayğıları ilə maraqlanıb, onlara ehtiyaclarına uyğun sovqatlar təqdim ediblər.

 Sosial qayğıya ehtiyacı olan şəxslər göstərilən dəstəyi yüksək qiymətləndirib, diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031