SON DƏQQƏ

naxcivanxeberleri.com

 “Cəlil Məmmədquluzadə yaradıcılığında etnoqrafiya məsələləri” adlı monoqrafiyanın təqdimatı olub

 “Cəlil Məmmədquluzadə yaradıcılığında etnoqrafiya məsələləri” adlı monoqrafiyanın təqdimatı olub
22-09-2020, 16:30

AMEA-nın Naxçıvan Bölməsində Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Etnoqrafiya şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanovanın “Cəlil Məmmədquluzadə yaradıcılığında etnoqrafiya məsələləri” adlı monoqrafiyasının təqdimatı keçirilib.

Naxçıvan Bölməsinin Mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,tədbiri institutun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli açaraq bildirib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra elmin bütün sahələri üzrə ardıcıl və sistemli tədqiqatlar aparılır, elmi-tədqiqat işlərinin nəticələri respublika və beynəlxalq səviyyəli elmi nəşrlərdə işıq üzü görür. Alim rəhbərlik etdiyi institutun fəaliyyəti dövründə 80-ə yaxın kitab, monoqrafiya, dərslik və dərs vəsaitlərinin işıq üzü gördüyünü deyərək qeyd edib ki, “Cəlil Məmmədquluzadə yaradıcılığında etnoqrafiya məsələləri” adlı monoqrafiya da yüksək səviyyədə yazılmış və müasir dövr üçün aktuallığı ilə diqqəti cəlb edən tədqiqat əsərlərindən biridir.

Fəxrəddin Səfərli vurğulayıb ki, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, dramaturq Cəlil Məmmədquluzadə yaradıcılığı milli yönümdən hərtərəfli təhlil edildiyi vəsaitdə Aytəkin Qəhrəmanova XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan xalqının real həyat tərzini özünəməxsus tərzdə əks etdirən görkəmli ədibin yaradıcılığında təsvir edilən ailə-məişət adətlərini, sənətkarlıq sahələrini, təsərrüfat həyatı məsələlərini etnoqrafik baxımından tədqiqata cəlb edib.

Sonra institutun Etnoqrafiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov “Cəlil Məmmədquluzadə yaradıcılığında etnoqrafiya məsələləri” monoqrafiyası haqqında bir neçə söz” mövzusunda məruzə ilə çıxış edib. O, Azərbaycan yazıçı və şairlərinin yaradıcılığında etnoqrafik məsələlərin tədqiqi xalqımızın milli-mənəvi dəyərlərini, tarixini öyrənmək baxımından qiymətli material verdiyini söyləyib. Qeyd edib ki, giriş, üç fəsil və nəticədən ibarət olan tədqiqat əsərində Cəlil Məmmədquluzadə yaradıcılığında geniş təsvir edilən mənəvi mədəniyyətimizin bir çox cəhətlərinin sistemləşdirilməsi və müqayisəli təhlili qədim adət-ənənələrimiz haqqında geniş məlumat verməyə imkan yaradır. Monoqrafiyada aparılan tədqiqatın nəticəsi olaraq müəllif göstərir ki, xalqımızın ailə-məişət ənənələri ictimai-iqtisadi formasiyaların bir-birini əvəz etməsindən asılı olaraq dəyişib inkişaf etsə də, XIX əsrin sonu-XX əsrin əvvəlləri ilə yeni dövrün ailə-məişət xüsusiyyətləri arasında varislik ənənələri qorunub saxlanılıb və müəyyən edilib ki, xalqımız üçün xarakterik olan adət-ənənələr və inamların yayılma arealı Azərbaycanın digər bölgələri ilə eynilik təşkil edir.

Daha sonra institutunun Arxeoloji xidmət şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyeva və kiçik elmi işçi Səbuhi Həsənov mövzu ətrafında çıxış edərək əsərin elmi dəyərindən danışıblar.

Sonda müəllif tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031