SON DƏQİQƏ

naxcivanxeberleri.com

AZAL Bakı-Naxçıvan-Bakı istiqamətində reyslərin sayını artırır

AZAL Bakı-Naxçıvan-Bakı istiqamətində reyslərin sayını artırır
21-09-2020, 17:32

Sentyabrın 26-dan etibarən "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərin sayını həftədə 21 reysədək artırır.

AZAL-dan NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, bu istiqamətdə uçuşlara tələbatın yüksək olduğunu və pandemiya dövründə uçuşların sayının məhdud olduğunu nəzərə alaraq, qeyd edilən marşrut üzrə aviabilet satışı artıq növbəlilik prinsipi əsasında həyata keçiriləcək.

Növbəyə iki usulla yazılmaq mümkündür - geriyə əlaqə forması və ya WhatsApp mesenceri vasitəsilə:

Bakıdan Naxçıvana uçuşlar üçün: • https://help.azal.az/hc/ru/requests/new?ticket_form_id=360000853919

• WhatsApp: +99455 204 65 54.

Naxçıvandan Bakıya uçuşlar üçün: • https://help.azal.az/hc/ru/requests/new?ticket_form_id=360000886220

• WhatsApp: +99460 487 30 11

Müraciət etdikdə sərnişinlər şəxsiyyət vəsiqəsinin skan edilmiş surətini, həmçinin əlaqə nömrəsini göndərməlidirlər.

Aviaşirkət onlayn forma və WhatsApp vasitəsilə eyni vaxtda müraciət etməməyinizi xahiş edir. Bu yalnız onlayn növbələrin artmasına və çağrı mərkəzi əməkdaşları tərəfindən sorğularınızın gec cavablandırılmasına səbəb olacaqdır.

Eyni zamanda sərnişinlərin diqqətinə çatdırırıq ki, qeyd olunan istiqamət üzrə aviabiletlərin əldə olunması ilə bağlı aviaşirkətin çağrı mərkəzinə zəng vasitəsilə edilən müraciətlər qəbul edilmir.

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031