SON DƏQQƏ

naxcivanxeberleri.com

Naxçıvanda ədliyyə qulluqçuları and içib

Naxçıvanda ədliyyə qulluqçuları and içib
21-09-2020, 13:00

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində yerli icra və probasiya şöbə və bölmələrinin vakant ədliyyə qulluğu vəzifələrinin tutulması üçün keçirilən müsabiqədə müvəffəqiyyət qazanmış namizədlərin andiçmə mərasimi olub.

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,mərasimi  Naxçıvan Muxtar Respublikasının Ədliyyə naziri baş ədliyyə müşaviri Daşqın Rəhimov açaraq bildirib ki, muxtar respublikada bütün sahələrdə olduğu kimi, ədliyyə sahəsi də yüksək diqqət və qayğı ilə əhatə olunmuşdur. Ədliyyə sistemində müasir tələblərə cavab verən dövlət idarəetmə mexanizmi formalaşmışdır. Qeyd edilib ki, ədliyyə orqanlarına qulluğa qəbul aşkarlıq və şəffaflıq prsinsiplərinə uyğun həyata keçirilib. 

Sonra gənc ədliyyə qulluqçuları çıxış edərək yaradılan şəraitə görə minnətdarlıqlarını bildirmişlər. Təyinat alan əməkdaşların əmrləri elan olunmuş, gənc ədliyyə qulluqçuları Azərbaycan Respublikasının Dövlət Bayrağının önündə and içiblər və andın mətnini imzalayıblar.

Sonda nazir icra məmurlarının vəzifələrini diqqətə çatdırmaqla gələcəkdə onların bu vəzifələri layiqincə yerinə yetirəcəklərini bildirdi. Vurğulandı ki, ədliyyə qulluqçuları səlahiyyətlərini icra edərkən, ilk növbədə dövlətin və cəmiyyətin mənafeyini əsas götürməli, vəzifələrini böyük məsuliyyət və ləyaqətlə yerinə yetirməlidirlər. Ədliyyə qulluqçularının anda sadiq qalacaqlarına, ümummilli liderimiz Heydər Əliyevin ideyalarına, dövlətə və dövlətçiliyə sədaqətlə xidmət edəcəklərinə, göstərilən etimadı doğruldacaqlarına əminliyini ifadə edən nazir onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı. 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031