SON DƏQQƏ

naxcivanxeberleri.com

Muxtar respublikada Bilik günü münasibətilə sosial könüllülər sağlamlıq imkanları məhdud məktəblilərlə görüşüb-FOTO

Muxtar respublikada Bilik günü münasibətilə sosial könüllülər sağlamlıq imkanları məhdud məktəblilərlə görüşüb-FOTO
16-09-2020, 09:00

Muxtar respublikada həyata keçirilən kompleks sosial müdafiə tədbirləri sağlamlıq  imkanları məhdud 18 yaşnadək uşaqları da əhatə edir. Onların hərtərəfli inkişafına göstərilən diqqət və qayğı, müvafiq kateqoriyadan olan uşaqların yaradılan şəraitdən səmərəli istifadə etməsi, cəmiyyətə inteqrasiyası üçün əlverişli mühit yaradıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası bu baxımdan mühüm əhəmiyyətə malikdir. Dövlət Proqramında qarşıya qoyulan vəzifələrin icrası, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların asudə vaxtının səmərəli təşkili, cəmiyyətə fəal inteqrasiyası istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə növbəti tədbir sentyabr ayının 15-də baş tutub.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, 15 sentyabr – Bilik Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Gənclər Fondunun birgə təşkilatçılığı ilə sosial könüllülər müvafiq kateqoriyadan olan məktəblilərin evində olub, onlara yeni dərs ilinin ilk gününə hazırlanmasında köməklik ediblər. Sosial könüllülər məktəblilərlə tərdis proqramlarına uyğun maarifləndirici söhbətlər aparıb, müvafiq tövsiyyələr veriblər. Daha sonra könüllü gənclər məktəblilləri tədris alacaqları ümumtəhsil məktəblərinə aparıb, ilk dərs günü münasibətilə keçirilən tədbirdə iştirak ediblər.

 

 

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930